Icma.az
close
up
RU
“Azərbaycanın alternativsiz lideri məhz İlham Əliyevdir”

“Azərbaycanın alternativsiz lideri məhz İlham Əliyevdir”

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib. Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Son sorğuların nəticələrinə əsasən Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir.

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət xalqcebhesi.az-a açıqlamasında qeyd edib ki, ətrafda baş verən hadisələrə baxıb Azərbaycanı dəyərləndirəndə İlham Əliyevə etimadın bu qədər yüksək olmasının səbəbini başa düşürük: “Yəni ən böyük dövlətlərdə uzunmüddətli müharibələr baş verir, insan qırğınları, iqtisadi çöküş, cəmiyyətdə ümidszlik baş alıb gedir. Bir tərəfimizdə Rusiya, bir tərəfimizdə İran bataqlığa saplanıb hərəkət edə bilmir. Belə bir şəraitdə Rusiya və İranla ortaq sərhədi olan yeganə dövlət kimi Azərbaycanın ayaqda tutala bilməsi elə İlham Əliyevə etimadın əsas səbəbidir. Belə çətin bir coğrafiyada Azərbaycanı bu cür qorumağı bacaran liderə, əlbəttə ki, etimad olacaq”.

Siyasi şərhçi vurğulayıb ki, bütün dünyanın gözü qarşısında 200 il ərzində ilk dəfə Azərbaycan torpaqlarını işğaldan azad edən lider İlham Əliyevdir: “Əlbəttə ki, xalq ona güvənəcək, etimad göstərəcək. Əlavə olaraq da Azərbaycanın bu gün dünyanın ən məşhur, ən tanınan dövlətlərindən birinə çevrilməsi də İlham Əliyevin xidmətlərindəndir. Yəni onun liderliyi sayəsində Azərbaycan dünyanın ən tanınan dövlətlərindən birinə çevrilib. Bütün bu faktorları bir araya toplayanda xalqın 90 faizinin İlham Əliyevə etimad göstərməsi heç bir sual doğura bilməz, təəccüblü də deyil. Yəni biz düşünürük ki, Azərbaycanın alternativsiz lideri məhz İlham Əliyevdir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyul 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri