Icma.az
close
up
RU
Altı gün işləyənlər martda neçə gün tətil edəcək?

Altı gün işləyənlər martda neçə gün tətil edəcək?

Azpost saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli 23 nömrəli Qərarına əsasən, 2025-ci iln 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel günlərinin yerləri dəyişdirilib. Beləliklə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə beşgünlük iş həftəsində 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri istirahət günləri, 10 mart və 1 aprel tarixləri isə iş günləri olacaq.

Bəs altıgünlük iş həftəsində çalışan işçilər üçün iş və istirahət günləri hansı qaydada tənzimlənəcək?

AzPost bildirir ki, “vergiler.az”ın sualına insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirib.

Altıgünlük iş həftəsində istirahət günlərinin sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərarla 2025-ci ilin istehsalat təqviminə əsasən, iş və istirahət günlərinin tarixləri müəyyən olunub. Qərarın 1 nömrəli əlavəsində 2025-ci ildə bayramlarla əlaqədar qeyri-iş günlərinin tarixləri açıqlanıb.

Kollegiyanın qərarına əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2024-cü il 28 noyabr tarixli 499 nömrəli və “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli qərarlarına əsasən, 2025-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə əlaqədar beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir.

Beləliklə, altıgünlük iş həftəsində mart ayında Novruz bayramı və Ramazan bayramı ərəfəsində istirahət günləri aşağıdakı kimi olacaq:

Novruz bayramı: 20, 21, 22, 23, 24, 25 mart tarixləri (6 gün);

Ramazan bayramı: 30, 31 mart və 1 aprel tarixləri (3 gün).

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Mart 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri