Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Milli teatrın inkişaf yolları və hədəfləri

Milli teatrın inkişaf yolları və hədəfləri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Teatr xalqın özünü ifadə etdiyi qədim və təsirli sənət məkanlarından biridir. Səhnədə söylənilən söz, aktyorun yaratdığı obraz, onu tamamlayan musiqi, işıq, dekorasiya və rejissor yozumu yalnız bir tamaşanın elementləri deyil. Bunların hər biri cəmiyyətin mənəvi dünyası, tarixi yaddaşı və estetik düşüncəsi ilə bağlıdır.

Milli peşəkar teatrımızın 150 ildən artıq tarixi göstərir ki, teatr həmişə yalnız sənət hadisəsi olmayıb. Eyni zamanda, maarifçilik ideyalarının yayılması, milli özünüdərkin formalaşması, ana dilinin və milli-mədəni dəyərlərin qorunmasına xidmət edib. Məhz buna görə də müstəqil Azərbaycanın dövlət mədəniyyət siyasətində teatrın xüsusi yer tutması tamamilə qanunauyğundur.

Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi 2003-cü ildən etibarən Azərbaycan mədəniyyətinin bütün sahələrində olduğu kimi, teatr sənətinin inkişafında da yeni mərhələ başlandı. Bu mərhələnin əsas xüsusiyyəti teatrın dövlət siyasətində epizodik diqqət obyektindən ardıcıl və sistemli inkişaf strategiyasının mühüm istiqamətinə çevrilməsidir.

Milli teatra dövlət qayğısının gücləndirilməsi, ilk növbədə, hüquqi və institusional əsasların möhkəmləndirilməsi ilə müşayiət olundu. 2006-cı il dekabrın 29-da “Teatr və teatr fəaliyyəti haqqında” qanunun qəbul edilməsi teatr sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirən önəmli addımlardan biri idi. Bu qanunla teatr fəaliyyəti hüquqi müstəvidə daha aydın çərçivəyə salındı, teatrların inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, kadr hazırlığı və beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı vəzifələr müəyyən edildi. Lakin qanunun qəbul edilməsi ilə proses başa çatmadı. Qarşıya qoyulan məqsədlərin praktiki şəkildə həyata keçirilməsi üçün ardıcıl dövlət proqramlarına ehtiyac yarandı. Bu baxımdan, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı xüsusi əhəmiyyət daşıyır. Bu proqram Azərbaycan teatrının inkişafına sistemli yanaşmanın bariz nümunəsi idi.

Teatrın inkişafından danışarkən, ilk növbədə, tamaşanı ərsəyə gətirən yaradıcı insan yada düşür. Lakin aktyorun və rejissorun yaradıcılıq imkanlarının reallaşması üçün müasir səhnə infrastrukturu da vacibdir. Müasir teatr texnologiyası səhnə sənətinin estetik imkanlarını da genişləndirir. İşıq, səs, səhnə mexanikası, multimedia texnologiyaları və digər texniki imkanlar rejissorun bədii ideyasını daha dolğun ifadə etməsinə şərait yaradır. 2019-cu ildə dövlət tərəfindən teatrların inkişafına ayrılan vəsaitlər də bu siyasətin ardıcıllığını göstərdi. Dövlət teatrlarına maliyyə dəstəyinin artırılması, paytaxt teatrları ilə yanaşı, region teatrlarının da diqqətdə saxlanılması mühüm məqam idi.

Burada bir prinsip xüsusilə vurğulanmalıdır: milli teatr yalnız Bakı teatrlarından ibarət deyil. Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki, Naxçıvan və digər bölgələrdə fəaliyyət göstərən teatrlar da milli teatr mədəniyyətinin ayrılmaz hissəsidir. Region teatrının yaşaması və inkişafı həmin bölgənin mədəni həyatının canlılığının göstəricisidir.

Teatr binasını yeniləmək mümkündür. Səhnə avadanlığını dəyişmək mümkündür. Yeni dekorasiya da hazırlamaq olar. Lakin aktyor məktəbi, rejissor ənənəsi, peşəkarlığı və yaradıcılıq mühitini bir gündə formalaşdırmaq mümkün deyil. Bu səbəbdən teatr siyasətinin önəmli prioritetlərindən biri insan kapitalının qorunması və inkişafıdır.

2019-cu ildə dövlət büdcəsindən maliyyələşən teatr və konsert müəssisələrində çalışan işçilərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması bu cəhətdən mühüm hadisə idi. Məsələ yalnız əməkhaqqının artırılmasından ibarət deyildi. Bu qərar dövlətin teatr əməkdaşlarının əməyinə verdiyi qiymətin göstəricisi idi. Çünki səhnədə bir aktyor görünür, amma onun arxasında rejissor, dramaturq, teatr rəssamı, bəstəkar, xoreoqraf, işıqçı, səs operatoru, quruluş hissəsinin əməkdaşları, inzibati və texniki heyət dayanır. Teatr kollektiv sənətdir. Deməli, onun inkişaf siyasəti də kollektivin bütün üzvlərini əhatə etməlidir.

Azərbaycan teatrının inkişafında institusional nüfuz məsələsi də xüsusi yer tutur. Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusunun verilməsi bu baxımdan diqqətəlayiq hadisədir. Bu, həmin teatrların tarixinin, yaradıcılıq ənənələrinin və milli teatr sistemindəki mövqeyinin dövlət səviyyəsində qiymətləndirilməsidir. Status həm də məsuliyyətdir.

Akademik teatr yalnız keçmiş xidmətləri ilə deyil, bu gün yaratdığı sənət nümunələri ilə də öz adını doğrultmalıdır. Tamaşaçı akademik teatrın səhnəsində yüksək bədii keyfiyyət, peşəkarlıq, rejissor düşüncəsi və aktyor sənətinin nümunəsini görmək istəyir. Ona görə də institusional statusun yüksəldilməsi yaradıcılıq məsuliyyətinin də artması deməkdir.

2023-cü ildə Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması milli teatr tarixində əhəmiyyətli hadisə idi. Bu rəqəmin arxasında yüzlərlə aktyor, rejissor, dramaturq, teatr rəssamı, bəstəkar, teatrşünas və səhnə sənətinə xidmət edən insanların yaradıcılıq yolu dayanır. Lakin yubileylərin önəmi yalnız keçmişi xatırlamaqdan ibarət olmamalıdır. Əsl yubiley, eyni zamanda, özünə sual vermək üçün fürsətdir: 150 illik ənənənin üzərində Azərbaycan teatrı XXI yüzillikdə hansı sənət modelini qurmalıdır?

Müasir tamaşaçının estetik zövqü dəyişir. Rəqəmsal texnologiyalar teatr mühitinə də daxil olur. Kino, televiziya və internet teatrın auditoriyası uğrunda rəqabəti artırır. Gənc tamaşaçı yeni ifadə vasitələri, yeni dramaturji dil və yeni səhnə estetikası tələb edir. Deməli, teatr ənənəyə sadiq qalmaqla yanaşı, zamanın ritmini də duymalıdır.

Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın mədəni həyatında da yeni mərhələ açdı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin əsas istiqamətlərindən biri mədəni həyatın yenidən canlandırılmasıdır.

Şuşanın mədəniyyət paytaxtı kimi dirçəldilməsi bu prosesin simvoluna çevrilib. Azərbaycan teatrının Qarabağa qayıdışı yalnız qastrol səfəri deyil, mədəni yaddaşın bərpasıdır. Bu səbəbdən teatrın Şuşa, Ağdam, Füzuli, Laçın və digər şəhərlərdə gələcək fəaliyyəti xüsusi məna daşıyacaq.

Müasir milli teatrın gücü yalnız öz ölkəsindəki fəaliyyəti ilə ölçülmür. Azərbaycan teatr kollektivlərinin müxtəlif beynəlxalq festivallarda iştirakı, xarici rejissor və sənət adamlarının ölkəmizə dəvət olunması milli teatrımızın dünya teatr prosesi ilə əlaqələrinin genişləndiyini göstərir.

Beynəlxalq əməkdaşlıq Azərbaycan teatrı üçün iki istiqamətdə əhəmiyyətlidir. Birincisi, milli teatr öz sənət nümunələrini xarici tamaşaçıya təqdim etmək imkanı qazanır. İkincisi, xarici təcrübənin öyrənilməsi Azərbaycan səhnəsinin yeni yaradıcılıq imkanlarını genişləndirir. Ancaq burada mühüm bir şərt var: beynəlxalq inteqrasiya milli simanın itirilməsi hesabına baş verməməlidir. Dünyaya inteqrasiya olunmaq üçün əvvəlcə dünyaya təqdim ediləcək özünəməxsus teatr modelimiz olmalıdır.

Milli teatrımızın inkişafından danışarkən bu prosesin mühüm dayaqlarından biri olan teatr təhsilini, xüsusilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU), fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Çünki teatr siyasətinin nəticəsi yalnız yeni tamaşalar, təmir olunmuş binalar və müasir səhnə texnologiyalarında deyil, həmçinin gələcəyin aktyoru, rejissoru, teatrşünası və digər sənət mütəxəssislərinin necə hazırlanmasında özünü göstərir.

ADMİU-nun teatr təhsili ilə bağlı tarixi Bakı Teatr Məktəbinə, sonrakı mərhələdə isə Azərbaycan Dövlət Teatr İnstitutuna gedib çıxır. Bu ənənə universitetin bugünkü fəaliyyətində də davam edir. Universitetin teatr sənəti fakültəsi hazırda dram və kino aktyoru, musiqili teatr aktyoru, dram rejissoru və səhnə plastikası, teatrşünaslıq və səhnə danışığı kimi istiqamətləri əhatə edir. Bu, əslində, Azərbaycan teatr prosesinin əsas yaradıcı və nəzəri komponentlərini bir akademik mühitdə birləşdirən mühüm kadr hazırlığı sistemidir.

2023-cü ildə ADMİU-nun 100 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Prezidentin müvafiq sərəncamında universitetin milli mədəniyyət və incəsənətin tərəqqisinə önəmli töhfələr verdiyi, genişprofilli ixtisas şəbəkəsi formalaşdırdığı və dünyanın bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri ilə tərəfdaşlıq əlaqələri yaratdığı qeyd olunur. Bu qiymətləndirmə ADMİU-nun, sadəcə, ali təhsil müəssisəsi deyil, ölkənin mədəniyyət və incəsənət siyasətinin kadr və intellektual bazasını formalaşdıran institutlardan biri kimi rolunu göstərir.

Bu gün ADMİU-nun tələbəsi olan gənc sabah ölkənin aparıcı teatrlarından birinin aktyoru, rejissoru, teatrşünası və ya pedaqoqu ola bilər. Universitetdə formalaşan peşəkar dünyagörüşü, sənət zövqü və yaradıcılıq düşüncəsi, nəticə etibarilə, milli teatrın gələcək simasına təsir göstərir. Ona görə də, müasir teatr təhsili yalnız klassik aktyor və rejissor məktəbinin qorunması ilə məhdudlaşmamalıdır. Rəqəmsal səhnə texnologiyaları, multimedia, süni intellekt, teatr menecmenti, prodüserlik, müəlliflik hüququ, layihə idarəçiliyi, beynəlxalq əməkdaşlıq və tamaşaçı araşdırmaları kimi istiqamətlərin tədris prosesinə inteqrasiyası yeni dövrün tələbidir.

Universitet teatr sənətinin elmi-nəzəri bazası, teatrşünaslıq və teatr tənqidi, habelə sənətşünaslıq araşdırmalarının inkişafında da önəmli funksiyaya malikdir. Beləliklə, burada aktyor və rejissorla yanaşı, teatrı tədqiq və təhlil edən intellektual mühit də formalaşır. Ali təhsil ocağında fəaliyyət göstərən tanınmış aktyor, rejissor və teatrşünasların pedaqoji prosesə cəlb olunması nəzəri biliklə səhnə təcrübəsinin bir araya gəlməsinə imkan verir. 2024-cü ildə Prezident sərəncamları ilə ADMİU-nun bir sıra müəllim və sənətkarlarının dövlət təltiflərinə layiq görülməsi də bu yaradıcı-pedaqoji potensialın dövlət səviyyəsində qiymətləndirilməsinin nümunələrindən biridir.

“Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi ölkənin mədəni inkişafının uzunmüddətli perspektivlərini müəyyənləşdirən ciddi hadisədir. Bu sənədin yaratdığı strateji yanaşma teatr qarşısında da yeni vəzifələr qoyur. Gələcəyin teatrı daha çevik, daha texnoloji, daha açıq və tamaşaçıyönümlü olmalıdır.

Yeni dramaturqların yetişdirilməsi, gənc rejissorların dəstəklənməsi, teatrşünaslığın inkişafı, teatr tənqidinin gücləndirilməsi, rəqəmsal texnologiyaların səhnə sənətinə inteqrasiyası, beynəlxalq koproduksiyaların artırılması, region teatrlarının yaradıcılıq imkanlarının genişləndirilməsi və tamaşaçı araşdırmalarının sistemləşdirilməsi qarşıdakı dövrün əsas vəzifələri sırasında olmalıdır.

Teatr tamaşaçı ilə canlı ünsiyyət sənətidir. Səhnə ilə zal arasında mənəvi əlaqə yaranmırsa, ən müasir texnika belə tamaşanı xilas edə bilməz. Ona görə də Azərbaycan teatrının gələcək inkişafında tamaşaçı siyasəti xüsusi yer tutmalıdır. Kimə oynayırıq? Gənc tamaşaçı teatra niyə gəlməlidir? Klassik əsərləri müasir tamaşaçıya necə təqdim etməliyik? Yeni dramaturgiyanı necə stimullaşdırmalıyıq? Regionlarda teatr auditoriyasını necə genişləndirməliyik? Bu suallara verilən cavablar gələcəyin teatr siyasətinin önəmli göstəricilərindən olacaq.

Azərbaycan teatrı 150 illik peşəkar yolunu başa vurub yeni əsrə qədəm qoyarkən dövlət qayğısı onun üçün möhkəm dayaqdır. İndi bu dayağı yüksək sənət nəticələrinə çevirmək isə teatr ictimaiyyətinin qarşısında duran əsas vəzifədir. Teatrın gələcəyi yalnız səhnədə deyil, cəmiyyətin ona verdiyi mənada müəyyənləşir. Azərbaycan teatrının həmin mənanı qoruyaraq yeni dövrün estetik və intellektual çağırışlarına cavab verəcəyinə inanmaq üçün kifayət qədər əsas var. Çünki milli teatrımızın 150 illik tarixi bir həqiqəti dəfələrlə təsdiq edib: səhnə yaşadıqca, milli yaddaş yaşayır, milli yaddaşın yaşaması isə teatrın gələcəyi deməkdir.

Mahirə YAQUBOVA,
Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri