Icma.az
close
up
RU
Altı il polisə əzab verəndən sonra tutuldu

Altı il polisə əzab verəndən sonra tutuldu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bugünlərdə Çexiyada çox maraqlı bir hadisə baş verib. Çexiya polisi illərboyu davam edən axtarışdan sonra bu ölkədə “Ferrari” sürən Fantom” kimi məşhurlaşan sürücünü ələ keçirib. Onun yarış avtomobili ilə şəhərləri gəzməsi çoxdan internetin sensasiyasına çevrilmişdi.

Bir çox başqa ölkələrdə olduğu kimi, Çexiyada da ümumi istifadədə olan yollarda yarış avtomobilləri ilə hərəkət etmək qadağandı. Bununla belə, 2019-cu ildən bir sürücü müntəzəm şəkildə yerli küçələrdə və magistrallarda fənərləri, dönmə siqnalları, dövlət nömrə nişanı və digər vacib elementləri olmayan yarış avtomobili idarə edirdi.
Sosial şəbəkələrdə yayılan videoları araşdıran avtoidman həvəskarları “Ferrari F1”in firma rənglərinə boyanan maşının əslində indi “Formula-2” kimi tanınan GP2 seriyasına aid olduğunu müəyyənləşdirmişdi. Bununla belə, bu da ciddi yarış texnikasıdı. Maşın 600 at gücünə bərabər olan mühərrikə malikdi, 100 km/saatı 2,9 saniyəyə yığır, maksimal sürəti 320 km/saatdı.
Polis tam bir altı il ərzində qayda pozucusunu tutmağa çalışsa da, onun çoxsaylı və bəzən cəsarətli səfərlərinə, manevrlərinə baxmayaraq, bütün cəhdlər uğursuz alınıb. Naməlum sürücü hətta bir dəfə Praqadan Almaniya sərhədinə qədər 500 kilometrdən çox yol qət edib. Həmişə dəbilqə taxdığına görə sürücünün şəxsiyyətini müəyyənləşdirmək praktiki cəhətdən mümkün deyildi. CNN-in yaydığı məlumatına görə, sentyabrın 7-də Çexiya paytaxtının polisi, nəhayət, “gözəgörünməz atlı”nı yaxalayıb. Onu yanacaqdoldurma məntəqəsində görən polis arxasına düşərək 17 kilometr izləyib. Təqibdə 20-yə yaxın polis maşını və bir helikopter iştirak edib. Qayda pozucusu sonda Praqa yaxınlığındakı Buk kəndindəki evinin yaxınlığında saxlanılıb. Yalnız uzun-uzadı danışıqlardan sonra o, polis bölməsinə getməyə razılıq verib, hətta bu zaman da dəbilqəni başından çıxarmayıb.
Araşdırma zamanı məlum olub ki, son 6 ildə polisi barmağına dolayan şəxsin ad-soyadı Milan Vratnıdı. Sabiq polis və iş adamı. Milan kənd təsərrüfatı sektorunda bizneslə məşğuldu, həmçinin əvvəllər konsaltinq xidməti göstərməklə subsidiyalar alıb.
Vratnı polis bölməsinə aparılsa da, hərəkətlətini izah və günahını etiraf etməkdən boyun qaçırıb. İndi onun cəzasını məhkəmə müəyyənləşdirəcək. Yerli Şumaherin 240-480 dollar arasında cərimələnəcəyi və 6-12 aylığa sürücülük hüququndan məhrum olunacağı gözlənilir. Milan hansısa açıqlama verməsə də, onun oğlu Lukaş jurnalistlərlə danışıb. Onun dediyinə görə, bolidin trassdakı hərəkətlərini 2019-cu ildən bəri sənədləşdiriblər, adamların buna öyrəşməsi lazımdı:

“Polis bizə aid olan özəl əraziyə soxuldu, hüquqlarımızı pozdu. Bu isə tam yersiz və qanunsuz hərəkətdi”.


Lukaşın dediyinə görə, evlərinə onlarla polis maşını yaxınlaşıb, ətrafda helikopter dövrə vurub:

“Burda yəqin ki, qətl hadisələri olan yerlərlə müqayisədə daha çox polis var idi. Və bütün bunlar guya kimi yol hərəkəti qaydalarını pozduğumuza görədi. İddiayaa görə, onlar bizi “Formula-1” avtomobilində şütüyərkən görüblər. Onların dediyinə görə, bir neçə dəqiqə əvvəl magistralda maşının uçururmuşuq, biz isə bu barədə heç nə bilmirik”.


Lukaş onu da deyib ki, ata-oğul ətrafdakı insanlar üçün heç bir təhlükə törətməyib:

“Atam həmişə maksimum saatda 180-200 km sürətlə gedirdi, heç kimə təhlükə yaratmırdı. Sadəcə, gedirdi, heç bir təhlükəli manevr etmirdi. Bu gün başqa sürücülər özünü daha təhlükəli aparır. Amerikada hər kəs nədə və necə gəldi gəzə bilər, orda belə problem yoxdu. Sizin də belə avtomobilinz olsaydı, yəqin ki, elə yalnız kənardan baxmaqla kifayətlənməzdiz. Bəli, maşın avtomagistral üçün nəzərdə tutulmayıb, ancaq bu o anlama gəlmir onunla gəzmək olmaz. Rayon yollardında saatda 30 km sürətlə gedənlər bizdən daha təhlükəlidi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Sentyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri