Icma.az
close
up
RU
40 qəpiklik əzab

40 qəpiklik əzab

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azər bəy həmin gün də əl çəkmirdi:

-Vidadi, Günay, köşəmi oxudunuz?

Gün ərzində bunu neçə dəfə soruşduğunu bilmirəm. Hətta arada mənə sataşırdı:

- Ay Vidadi, o arxada oturan qız oxudumu köşəni?

Mən də gülüb deyirdim: - Oxuyacam, Azər bəy. Bilirsiniz axı, sizin köşələrinizi yolda oxuyuram.

Bu, zarafat idi.

Yolum uzun olur, vaxtım da kifayət qədər, oxuyub, anlamağa zamanım çox olacaqdı.

Düşünürdüm ki, işdən çıxım, avtobusa minim, bir küncdə otura bilməsəm də, ayaq üstə dayanmağa rahat bir yer tapıb rahat-rahat oxuyum.

Amma o gün köşəni avtobusda yox, avtobus dayanacağında oxumağa başladım.

20 Yanvara çatanda qarşıma elə bir izdiham çıxdı ki, iki M7-ni, bir 7A-nı buraxandan sonra artıq avtobus gözləməkdən çox, insanlara baxmağa başlamışdım. Hətta ilk dəfə avtobusları hər dəfə fərqli yerdə saxlamaqlarına etiraz etdim.

Hamı qaçırdı....

Biri avtobusun qabağına atılırdı.

Biri o birini itələyirdi.

Biri az qala yıxılırdı.

Elə bil hamı eyni anda harasa yox, nədənsə qaçırdı.

Sonra ağ bir avtobus qarşımda dayandı.

İçindən bir oğlan səslənməyə başladı:

“Koroğlu, Qara Qarayev, Neftçilər — 1 manat.”

İçimdə sevindim:

Əla. Fürsətdən istifadə edib adamın birini üç manata aparanların yanında lap göydəndüşmə idi. Beynim 3 saniyədə qərar verdi, buna minərəm, oturaram, Azər bəyin köşəsini də oxuyaram.

Amma qəribə bir şey oldu.

Avtobusa cəmi beş-altı nəfər mindi.

Bu qədər insanın arasından cəmi beş-altı nəfər.

Qalanları baxdı...

Sonra geri çəkildi.

Bir az əvvəl M7-lərin qabağına qaçan, bir-birini əzən insan seli sanki yoxa çıxmışdı. Əvvəl anlamadım.

Sonra anladım.

Bir manatlıq avtobus idi.

Və həmin bir manat insanların rahatlığına çatmırdı.

Cəmi 40 qəpiklik fərq idi.

Amma o 40 qəpik bir anda hər şeyi dəyişmişdi.

Yaşlı qadınlar 40 qəpiyə görə bir saat ayaq üstə getməyə razı idilər.

Yaşlı kişilər 40 qəpiyə görə nəfəs almağın belə çətin olduğu avtobusa minmək üçün tələsirdilər.

Düşündüm... Bəlkə ayaqları ağrıyırdı.

Bəlkə xəstə idilər.

Bəlkə əməliyyat keçirmişdilər.

Amma bir manatlıq avtobusa minmirdilər.

40 qəpiyə görə.

Elə həmin an Azər bəy yazdı:

- Oxudunmu köşəmi?

Mən də ona yazdım:

- Vidadidən sabah soruşarsınız, nə qədər adam M7-ni gözləyirdi. Bir avtobus dayandı, bir manata Neftçilərə qədər aparırdı. Amma o yaşlı qadınlar, kişilər 40 qəpiyə görə bu avtobusa minmədilər. O avtobusdan bu avtobusa qaçmağa, bir-birinin belində, nəfəs almağın belə mümkün olmadığı avtobusda bir saatlıq yolu getməyə razı oldular.

Cəmi 40 qəpiyə görə.

Çarəsizliklərini göstərən 40 qəpiyə görə.

Sonra Azər bəyin köşəsini oxudum.

Amma fikrim yazıda deyildi.

Hələ də o dayanacaqda idi.

Və beynimdə bir sual vardı:

İnsan nə vaxt öz rahatlığından 40 qəpiyə görə keçir?

Daha dəhşətlisi isə bu idi:

İnsan nə vaxt buna öyrəşir?

Bəlkə çarəsizlik elə belə başlayır.

Əvvəl ağrıyır.

Sonra dözürsən.

Sonra öyrəşirsən.

Bir gün də baxırsan ki, artıq ağrını ağrı hesab etmirsən.

Həyat hesab edirsən.

Azər bəyin köşəsi isə belə başlayırdı:

"Bəzən dəyişiklik divarın uçması ilə yox, insanın o divarı görməsi ilə başlayır".

Mən dünən öz divarımı gördüm.

20 Yanvarda.

Bir avtobus dayanacağında.

Daşdan deyildi.

Betondan deyildi.

40 qəpikdən idi.

Və o gün ilk dəfə düşündüm:

Bəlkə bizi saxlayan divarlar həmişə böyük olmur.

Bəzən bir manat olur.

Bəzən borc.

Bəzən işini itirmək qorxusu.

Bəzən xəstəlik.

Bəzən uşağın çörəyi.

Bəzən də cəmi 40 qəpik.

Bu cızma-qaranı yazanda radioda Füzuli Kantatası səslənirdi.

Füzuli bir yanda.

20 Yanvar bir yanda.

Avtobus dayanacağı bir yanda.

40 qəpik bir yanda.

Və mən düşündüm:

Bəlkə əzabın ən dəhşətli tərəfi ağrı deyil.

Ağrıya alışmaqdır.

Bəlkə çarəsizliyin ən dəhşətli tərəfi çıxış yolunun olmaması deyil.

Çıxış yolu axtarmağı dayandırmaqdır.

O gün bunu mənə bir avtobus öyrətdi.

Bir manatlıq avtobus.

Və onun qarşısında 40 qəpiyə görə rahatlığından keçən insanlar.

İndi məndən soruşsanız:

- Əzabın rəsmi nədir?

Deyərəm:

- 40 qəpik.

Cəmi 40 qəpik...

Günay İlqarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Sentyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri