Icma.az
close
up
RU
Altsheymer tarixə qovuşur? Bu il öyrəndiyimiz ümidverici beş yenilik

Altsheymer tarixə qovuşur? Bu il öyrəndiyimiz ümidverici beş yenilik

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Altsheymer xəstəliyi demensiya hallarının 60–80 faizini təşkil edir. Son illərdə diaqnoz və müalicə sahəsində mühüm irəliləyişlər əldə olunub. 

Qaynarinfo xəbər verir ki, 2024-cü ildə yayımlanan Lancet Komissiyasının hesabatına görə, demensiya hallarının təxminən yarısı risk faktorlarının aradan qaldırılması ilə qarşısı alına bilər. 2025-ci ildə aparılan araşdırmalar da xəstəliyin gedişatının daha dərindən anlaşılması və erkən müdaxilə imkanlarını göstərir.

Nevrologiya üzrə professor Ronald Petersen bildirir ki, hazırda "qaz pedalına basmaq və bu işləri sürətləndirmək" vaxtıdır: "Yalnız ömür uzunluğu deyil, sağlam ömür müddəti üzərində də əhəmiyyətli dəyişikliklərin astanasındayıq"

2025-ci ildə Altsheymer və demensiya ilə bağlı ümidverici 5 böyük yenilik:

1. Altsheymer qan testi

ABŞ-ın FDA qurumu may ayında Altsheymer xəstəliyinin əsas bioloji göstəriciləri – amiloid beta və p-tau217 zülallarını 90 faizdən yüksək dəqiqliklə aşkar edən ilk qan testini təsdiqləyib. Bu test bahalı PET müayinələri və bel mayesi analizi ilə müqayisədə daha əlçatan, sərfəli və geniş yayılacaq. Erkən diaqnoz isə həm dərman müalicəsi, həm də həyat tərzi dəyişiklikləri ilə vaxtında müdaxilə imkanı yaradır.

2. Həyat tərzi dəyişiklikləri

ABŞ-da aparılan genişmiqyaslı U.S. POINTER klinik sınağı göstərib ki, qidalanma, idman, idrak təlimi və sağlamlıq nəzarətinin birgə tətbiqi demensiya riski daşıyan insanlarda yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır. Xüsusən APOE4 genini daşıyan şəxslərin Aralıq dənizi pəhrizindən daha çox fayda gördüyü məlum olub.

3. İltihablanma üzərində fokus

Elm adamları amiloid betanın yanaşı, iltihablanmanın da demans riskində mühüm rol oynadığını ortaya çıxarıb. APOE4 geninə malik insanların immun sistemlərindəki dəyişikliklər onları yalnız Altsheymer deyil, digər nevrodegenerativ xəstəliklərə də meylli edir. Mütəxəssislər immun sisteminin fəaliyyətini tənzimləyən "immunomodulyasiya” üsullarının gələcəkdə böyük irəliləyiş ola biləcəyini bildirir.

4. Peyvəndlərin qoruyucu təsiri

Son araşdırmalar göstərib ki, bəzi peyvəndlər demensiya riskini azalda bilər. Zona peyvəndinin yeddi il ərzində demensiya ehtimalını 20 faiz azaltdığı sübut olunub. Həmçinin zona və RSV peyvəndlərinin də müsbət təsiri müəyyənləşdirilib. Alimlər bunu həm infeksiyaların qarşısını alma, həm də immuniteti faydalı şəkildə aktivləşdirməklə izah edir.

5. Lityumla yeni kəşf

"Nature" jurnalında yayımlanan bir araşdırmada lityumun Altsheymer xəstəliyinə qarşı qoruyucu rol oynaya biləcəyi bildirilib. Təcrübələrdə lityum çatışmazlığının beyin iltihabını artırdığı, amiloid beta və tau zülallarının yığılmasını sürətləndirdiyi aşkarlanıb. Alimlər az miqdarda lityum orotatın xəstəliyin gedişini dəyişdirə və beyin fəaliyyətini bərpa edə biləcəyini qeyd edirlər.

Bu nəticələr Altsheymer xəstəliyinin gələcəkdə daha idarəolunan və müalicə edilə bilən vəziyyətə çevrilə biləcəyinə dair böyük ümid yaradır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri