Altsheymer xəstəliyinin gizli səbəbi müəyyən edilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 fevral, AZƏRTAC
Çirklənmiş havanın uzunmüddətli təsiri Altsheymer xəstəliyinin inkişaf riskini birbaşa artıra bilər. Emori Universitetinin alimləri ABŞ-da yaşı 65-dən yuxarı olan 27,8 milyondan çox sakinin məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.
AZƏRTAC xəbər verir ki, nəticələr PLOS Medicine jurnalında dərc olunub.
Tədqiqatçılar havada olan xırda dispers hissəciklərin təsir səviyyəsini qiymətləndirib və 2000–2018-ci illər ərzində Altsheymer xəstəliyi diaqnozu qoyulan halları izləyiblər. Məlum olub ki, çirkləndirici maddələrin konsentrasiyası nə qədər yüksək olubsa, demensiya riski də bir o qədər yüksək olub. Bununla yanaşı, hipertoniya və depressiya bu təsiri demək olar ki, artırmayıb, lakin keçirilmiş insult bu əlaqəni daha aydın edib.
Müəlliflər vurğulayırlar ki, əldə olunan məlumatlar çirklənmiş havanın digər xroniki xəstəliklər vasitəsilə dolayı yolla deyil, birbaşa beyinə təsir etdiyini göstərir. Bu o deməkdir ki, zəhərli hissəciklər artıq məlum olan risk amillərindən asılı olmayaraq neyrodegenerativ prosesləri başlada bilər.
Tədqiqatçıların fikrincə, havanın keyfiyyətinin yaxşılaşdırılması, xüsusilə yaşlı insanlar və damar problemləri olan pasiyentlər arasında demensiyanın profilaktikası üçün mühüm strategiyaya çevrilə bilər.
Baxış sayı:103
Bu xəbər 20 Fevral 2026 05:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















