Icma.az
close
up
RU
“Alyaska görüşü Putinin mövqelərini möhkəmləndirib və Ukraynada savaşı uzadıb“ “Foreign Affairs“

“Alyaska görüşü Putinin mövqelərini möhkəmləndirib və Ukraynada savaşı uzadıb“ “Foreign Affairs“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Ukrayna savaşını bitirmək çətindir, çünki Zelenski ilə Putin arasında çox nifrət var..."

Alyaskada keçirilən görüş ABŞ prezidenti Donald Tramp və Rusiya hökmdarı Vladimir Putin üçün əslində fərqli mənalar daşıyıb. Bu sammit Putinə həm daxildə, həm də beynəlxalq aləmdə legitimlik qazandırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Foreign Affairs" nəşri yazıb.

Sammitin siyasi nəticələri

Nəşr qeyd edir ki, Rusiyada aparılan sorğular göstərib ki, əhalinin 79 faizi görüşü uğur kimi dəyərləndirib. Bundan əlavə, hər iki ölkədə yayılan mesaj Kreml üçün diplomatik qələbə təsiri yaradıb. Putin bundan sonra öz xalqına müharibəni davam etdirmək üçün daha çox əsas göstərməyə başlayıb.

Tramp isə görüşdə Putinin iddialarını açıq şəkildə təkzib etməyib. Əksinə, onun "Rusiyanın təhlükəsizlik balansında söz haqqı olmalıdır" fikrinə yaxın mövqe sərgiləyib. Bu isə Putinə həm vaxt qazandırıb, həm də beynəlxalq sistemdə özünü yenidən oyun qurucu kimi təqdim etməsinə imkan verib.

Trampın etirafları və çətin reallıq

ABŞ prezidenti sonradan etiraf edib ki, müharibəni bitirmək düşündüyündən qat-qat çətin imiş. O, əvvəllər Putini yaxşı tanıdığını və bu səbəbdən Rusiya-Ukrayna müharibəsini sürətlə həll edəcəyinə inanıb. Amma reallıq fərqli olub: hər dəfə sülhə yaxınlaşmaq mümkün görünsə də, Kreml yeni raket və dron hücumları ilə Ukraynaya zərbələr endirir. Tramp radio müsahibəsində deyib ki, "aralarında çoxlu qan tökülüb, çoxlu nifrət var, buna görə də münaqişəni tez həll etmək olmur". Onun sözlərinə görə, bu müharibədə hər həftə 5-7 min insan həyatını itirir.

Ukraynanın mövqeyi

Ukrayna prezidenti Vladimir Zelenski isə başqa bir açıqlamasında bildirib ki, Putin hələ də Donbası tam ələ keçirmək planından əl çəkməyib. Lakin Ukrayna lideri əmindir ki, Rusiya bu məqsədə nail ola bilməyəcək: "Bunun üçün Kremlə illər və milyonlarla insan həyatı lazım olacaq". Zelenski bir daha xatırladıb ki, Rusiya artıq on bir ildir davam edən müharibədə yalnız məhdud əraziləri işğal edə bilib və irəliləyiş perspektivi yoxdur.

Nəşr vurğulayır ki, Alyaska sammiti Putinə mövqelərini gücləndirmək, Trampa isə zəifliklərini üzə çıxarmaqla yadda qalıb. Bir tərəfdən Kremlin əlini sərtləşdirən diplomatik jestlər, digər tərəfdən ABŞ liderinin etiraf etdiyi reallıqlar göstərir ki, bu müharibə hələ uzun müddət davam edəcək. Əsas məsələ isə dəyişməz qalır: Ukrayna müqavimət göstərdikcə, Kreml özünün "zaman mənim tərəfimdədir" strategiyasına daha da qapanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri