Icma.az
close
up
RU
Alyaska görüşündə Ukraynanın müəyyən ərazilərinin Rusiyada qalması şərti ilə atəşkəs müzakirəsi gözlənilir

Alyaska görüşündə Ukraynanın müəyyən ərazilərinin Rusiyada qalması şərti ilə atəşkəs müzakirəsi gözlənilir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya lideri Vladimir Putinin ABŞ ərazisi üzərindən uçuşu və prezident Donald Trampla görüşmək üçün Alyaskaya enişi diplomatik kanallar vasitəsilə ayrıca icazə əsasında həyata keçiriləcək. Bu səfərin baş tutması Moskva və Vaşinqton arasında son illərin ən yüksək səviyyəli təmaslarından biri olacaq.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, avqustun 15-də Amerika Birləşmiş Ştatlarının prezidenti və Rusiya prezidenti arasında görüşün Alyaskada keçirilməsi müəyyən qədər simvolik xarakter daşıyır.

Oqtay Qasımov

“Bu ərazilər XIX əsrin 70-ci illərində Rusiya İmperiyası tərəfindən Amerika Birləşmiş Ştatlarına satılıb və bu, Rusiya üçün heç də yad bir ərazi deyil. Eyni zamanda bundan başqa həm də Donald Trampın bu dəvətini Vladimir Putinin qəbul etməsi ABŞ prezidentinə müəyyən üstünlük qazandırır. Belə ki, Putin ABŞ ərazisində qəbul edilir. Bu, Putin üçün də diskomfort yaratmır. Çünki vaxtilə bu ərazilər Rusiya imperiyasına məxsus olub və satılıb. Alyaskada keçiriləcək görüşün həm də bir simvolik mənası ola bilər ki, bu ərazi Amerika Birləşmiş Ştatlarının, məhz Arktika ilə sərhəd olan əraziləridir. Amerika Birləşmiş Ştatlarının özünün Arktikada çox ciddi maraqları var. Nəzərə alsaq ki, Arktika hazırda dünyamızda ən zəngin yeraltı qaynaqlara malik olan ərazilərdən biridir və gələcək dünyamızın inkişafında bu ərazilərin istismarı və oradan çıxarılacaq həm enerji daşıyıcıları, həm də digər nadir torpaq elementləri olduqca vacib rol oynayacaq. Bu baxımdan həmin görüşdə tərəflər həm də Arktikada əməkdaşlıq məsələsini müzakirə edə bilərlər. Necə ki, bunu vaxtilə Rusiya əslində Amerikaya təklif edirdi və burada şübhəsiz ki, müzakirə olunacaq”-deyən politoloq qeyd edib ki, əsas mövzu Ukrayna-Rusiya savaşının dayandırılması, atəşkəs məsəsləsidir.

Oqtay Qasımovun fikrincə, burada çox müxtəlif iddialar var və idialardan biri ondan ibarətdir ki, ərazi mübadiləsi məsələsi müzakirə edilə bilər, yəni Ukraynanın müəyyən ərazilərinin Rusiyada qalması şərti ilə atəşkəsə gedilməsi müzakirə oluna bilər.

“Doğrudur, Ukrayna və Avropa ölkələrinə qətiyyətlə bunun əleyhinə çıxırlar. Amma bütün hallarda bunlar müzakirə mövzularıdır. Rusiya çox güman ki, istəyəcək ki, özünün işğal etdiyi ərazilərin onun nəzarətində qalması ilə bağlı Amerikanı razı sala bilsin. Digər variant ondan ibarətdir ki, Rusiya məhz Luqansk, Donetsk ərazilərindən Ukraynanın tam çıxmasını, əvəzində Zaporoziya və Xersonun işğal olunmuş ərazilərinin boşaldılmasını təklif etsin. Amma bu da Ukrayna üçün gələcəkdə kifayət qədər ciddi problemlər yarada bilər. Çünki bu, Donetsk və Luqanskın nəzarətinə keçməsi, gələcəkdə Xarkov vilayətinin ciddi şəkildə təhdid altına düşməsi olacaq. O baxımdan çox müxtəlif müzakirə mövzuları olacaq. Xüsusilə də Amerika və Rusiya arasındakı ikitərəfli münasibətlər, ticarət və beynəlxalq vəziyyət şübhəsiz ki, burada müzakirə edilməsi planlanan mövzular sırasında olacaq”-deyə Oqtay Qasımov bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri