Alzheimer xəstəliyi üçün hüceyrə terapiyası hazırlanacaq
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinli neyrofizioloqlar hesab edirlər ki, mikroqliya (beyin toxumasını dəstəkləyən) transplantasiyası texnologiyasına əsaslanan Alzheimer və digər neyrodegenerativ xəstəliklər üçün hüceyrə terapiyası yaxın illərdə tibbi praktikada tətbiq olunmağa başlayacaq.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çinin Şanxay şəhərində yerləşən Fudan Universitetinin mətbuat xidməti məlumat yayıb.
Fudan Universitetinin professoru Penq Bos bildirib ki, neyrofizioloqlar bir neçə ildir mikroqliyaların çoxlu sayda neyrodegenerativ xəstəliklərin, o cümlədən Alzheimer və Parkinson xəstəliklərinin inkişafında rolunu öyrənirlər:
"Cəmi beş il ərzində biz siçan təcrübələrində əldə etdiyimiz ilk uğurlardan hüceyrə terapiyasının bu formasının klinik sınaqlarına keçə bildik. Biz gözləyirik ki, bu texnologiyaların gələcək inkişafı həkimlər və elm adamları arasında geniş əməkdaşlıqla birlikdə beyin xəstəliklərinin geniş spektri üçün terapiya yaratmaq üçün hüceyrə platformasının yaranmasına gətirib çıxaracaq. Təhlil göstərdi ki, son beş ildə bu texnologiyaların inkişafında kvant sıçrayışı müşahidə olunub".
Pofessorun sözlərinə görə, mikroqliya transplantasiyası beyindəki ağ maddənin məhv edilməsi ilə xarakterizə olunan həyati təhlükəsi olan leykoensefalopatiya formasının inkişafını dayandırır və ya ləngidir.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 05 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















