Icma.az
close
up
RU
AMADA rəhbərliyi Tunisdə

AMADA rəhbərliyi Tunisdə

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbər heyəti Tunis Milli Antidopinq Agentliyinin (ANAD) təşəbbüsü ilə keçirilən “Antidopinqlə mübarizədə data elmlərinin rolu” mövzusunda IV beynəlxalq konfransda iştirak edib.

Futbolpress.az xəbər verir ki, tədbir Afrika qitəsindən və digər bölgələrdən olan yüksək səviyyəli nümayəndələri bir araya gətirib. Konfransda milli antidopinq təşkilatlarının, idman dürüstlüyü bölmələrinin, hüquq-mühafizə orqanlarının, laboratoriyaların və beynəlxalq qurumların ekspertləri iştirak ediblər. Mühazirəçilər Avropa, Şimali Afrika və Yaxın Şərqi təmsil edən geniş peşəkar və coğrafi spektri əhatə edərək, təhqiqatyönümlü və data əsaslı antidopinq fəaliyyətlərinin qloballaşan xarakterini ön plana çəkiblər.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və onun müavini Rüfət Efendiyev konfransda “Antidopinqdə süni intellektin tətbiqi: İnnovasiya ilə məsuliyyət arasında” adlı birgə təqdimatla çıxış ediblər. Onların çıxışında süni intellekt alətləri vasitəsilə dopinqin aşkarlanması, analitik fəaliyyətlər və test strategiyalarının təkmilləşdirilməsi imkanları araşdırılıb.

Bununla yanaşı, məxfiliyin qorunması, ədalətli idman anlayışı və hüquqi prosedurların təmin olunması kimi fundamental prinsiplərə sadiqlik vurğulanıb. Təqdimatda həmçinin gender bərabərliyinin inklüziv və gələcəyə yönəlmiş antidopinq idarəçiliyi üçün mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd olunub.

Digər çıxışçılar isə məxfi məlumatların idarə olunması, kriminalistik təhlillər, qurumlararası əməkdaşlıq, məlumatların birləşdirilməsi metodologiyaları, eləcə də antidopinq orqanları ilə hüquq-mühafizə strukturları arasında əlaqələrin gücləndirilməsi kimi mövzulara toxunublar.

Konfrans süni intellektə marağın, etik təminatların və inklüzivliyin qlobal antidopinq hərəkatında artmaqda olduğunu bir daha göstərib. Tunis isə bu sahədə dialoq və innovasiya üçün regional mərkəz kimi öz mövqeyini möhkəmləndirib. Müzakirələr çərçivəsində tədbir iştirakçılarının çıxışları idmanda təmizliyin yalnız dopinqin aşkarlanması ilə deyil, həm ədalət, etibar və həm də idmançıların, habelə institutların uzunmüddətli dürüstlüyü ilə bağlı olduğuna dair ortaq mövqeyi əks etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri