Taksi sürücüləri üçün imtahan vaxtı açıqlandı
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 3-də növbəti imtahan keçirəcək.
DİM-dən Axar.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər noyabrın 19-u saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək üçün namizədlərin məlumatları müvafiq qurumlar tərəfindən DİM-ə təqdim olunub. İmtahana qeydiyyatdan keçmək üçün namizədlər əvvəlcə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, sonra “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsilə qeydiyyat prosesini tamamlamalıdırlar.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”lərinin pul hesabına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi imtahanda iştirak etməyən şəxslərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbində və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbində keçiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana üç gün qalmış DİM-in internet saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.
İmtahanın müddəti bir saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar üzrə xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab bir balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. İmtahanda 10 və daha çox bal toplayan namizədlər müvəffəqiyyət qazanmış hesab ediləcək və onlara yeddi il müddətində qüvvədə olan şəhadətnamə veriləcək.
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















