AMB: Qorunan əmanətlərin faiz dərəcəsində hər hansı dəyişiklik gözlənilmir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda qorunan əmanətlərin illik faiz dərəcəsi üzrə hər hansı bir dəyişiklik gözlənilirmir.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Qeyd edilib ki, banklarda manat və xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi periodik olaraq nəzərdən keçirilir. Hər hansı dəyişiklik olarsa ictimaiyyətə bununla bağlı məlumat veriləcək.
Qeyd edək ki, son dövrlər yerli banklar həm manat, həm də valyutada yüksək faizlə əmanət cəlb edirlər. Manatla depozit faizləri 12%-ə, xarici valyutada isə 4-5%-ə qədər yüksəlib. Hazırda ölkədə qorunan əmanətlər üzrə faiz dərəcələri 12%, xarici valyutada isə 2,5% təşkil edir. Fiziki şəxslərin əmanətləri isə 100 min manata kimi qorunur.
Yerli banklar isə hesab edir ki, hazırda bankların ödəmə qabiliyyəti yüksək olduğu üçün əmanətlərin sığorta mexanizmində dəyişikliyə ehtiyac yaranıb. Bu həm də likvidliyin təmin olunmasın baxımından əhəmiyyətli addım ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















