Icma.az
close
up
RU
Uçot dərəcəsində dəyişiklik olacaq? AMB qərarını açıqlayacaq

Uçot dərəcəsində dəyişiklik olacaq? AMB qərarını açıqlayacaq

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il iyun ayının 24-də ictimaiyyətə açıqlanacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. Vurğulanıb ki, inflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, bu ilin mayın 26-da Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.

Bu kontekstdə Beynəlxalq Valyuta Fondu (BVF) da hesab edir ki, mövcud inflyasiya proqnozları hazırkı faiz dərəcələrinin saxlanılmasını əsaslandırsa da, idxal olunan ərzaq məhsullarının bahalaşması nəticəsində inflyasiya təzyiqləri güclənərsə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmağa hazır olmalıdır.

BVF-nin hesabatında qeyd edilir ki, inflyasiya ilə bağlı gözlənilməz risklər yarandığı halda Mərkəzi Bank qətiyyətli reaksiya verməli, eyni zamanda pul-kredit siyasətinin transmissiya mexanizmini və kommunikasiya siyasətini daha da təkmilləşdirməlidir.

Fond vurğulayır ki, faktiki sabit məzənnə rejimi şəraitində fiskal intizamın qorunması və iqtisadiyyatın rəqabət qabiliyyətinin saxlanılması makroiqtisadi sabitliyin əsas şərtlərindəndir. Bununla yanaşı, makroprudensial alətlərin daha fəal tətbiqi, Basel III standartlarının tam tətbiqi, riskyönümlü nəzarətin gücləndirilməsi və maliyyə təhlükəsizlik mexanizmlərinin inkişaf etdirilməsi bank sektorunun dayanıqlığını daha da möhkəmləndirə bilər.

BVF-nin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2026-cı ildə 6 faiz təşkil edəcək, 2027-ci ildə 4,2 faizə enəcək və sonrakı illərdə 4 faiz ətrafında sabitləşəcək.

Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı kapital bazarının inkişafını da pul-maliyyə sisteminin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir.

Trend-in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına ölkədə kapital bazarının dərinliyinin artırılması istiqamətində sistemli işlər davam etdirilir.

"Son illər qiymətli kağızlar bazarında müşahidə olunan inkişaf bazarın dərinliyinin artırılması, maliyyə alətlərinin şaxələndirilməsi və investor bazasının genişləndirilməsi baxımından mühüm nəticələr verib. 2025-ci ildə korporativ qiymətli kağızlar üzrə ilkin bazarın həcmi təxminən 801 milyon manat, təkrar bazarın həcmi isə 283 milyon manat təşkil edib. Bu göstəricilər bazarda likvidliyin, şəffaflığın və investor fəallığının əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir", – deyə AMB Trend-ə bildirib.

Mərkəzi Bank qeyd edib ki, strategiya çərçivəsində sekyuritizasiya, törəmə maliyyə alətləri, repo əməliyyatları, sukuk, vençur kapitalı və kraudfandinq kimi alternativ maliyyə mexanizmlərinin tətbiqi istiqamətində layihələr həyata keçirilir.

AMB həmçinin xatırladıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankının yerli bazarda milli valyutada AZİR göstəricisinə əsaslanan dəyişkən faizli istiqraz emissiyası Azərbaycanın kapital bazarının beynəlxalq standartlara uyğun inkişafının mühüm göstəricilərindən biridir.

Trend-in sorğusuna cavabda bildirilib ki, yaxın perspektivdə əsas prioritetlər institusional və fərdi investorların bazarda iştirakının genişləndirilməsi, maliyyə savadlılığının artırılması, elektron ticarət platformalarının inkişaf etdirilməsi və rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsidir.

"Proseslərin avtomatlaşdırılması və əməliyyat xərclərinin azaldılması investorların bazara çıxış imkanlarını genişləndirəcək, eyni zamanda kapital bazarının dərinliyinin və dayanıqlığının daha da artmasına şərait yaradacaq. Bu tədbirlər Mərkəzi Bankın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir", deyə AMB Trend-ə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 İyun 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri