Azər Əmirov: “Qorunan əmanətlərin faiz dərəcələrinin dəyişməsinə zərurət yoxdur”
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bizim ölkədə bu 12% milli valyutada 12% həddi mövcuddur və eyni zamanda da xarici valyutada da 2,5% həddi mövcuddur.
Bizim sığorta və risklərin idarə edilməsi departamenti həmin göstəriciləri dövri olaraq aldığı banklardan aldığımız məlumatlar əsasında, yəni bütün mediaya və bütün ictimaiyyətə açıq olan məlumatlar əsasında yoxlayırlar və eyni zamanda aldığımız qorunan əmanətlərlə bağlı hesabatlar əsasında yoxlayırlar və hesab edirik ki, hazırda ümumi bazar şəraitində yerləşdirilən vəsaitlər ümumilikdə həmin o faiz hədlərində yerləşdirildiyindən bu faiz hədlərinin dəyişməsinə belə bir zərurət yoxdur".
BAKU.WS xəbər verir ki, bu sözləri Şamaxıda keçirilən "Əmanətlərin Sığortalanması Fondu: maliyyə sabitliyinin qorunması, əmanətçilərin
hüquqlarının müdafiəsi və beynəlxalq əməkdaşlıq istiqamətləri" adlı tədbirdə çıxış edən Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov deyib.
O əlavə edib ki, əvvəlki dövrlərdə buna, daha çox intuitiv yanaşılırdı:
"Milli valyutada qorunan əmanətlərin yuxarı faiz həddinin müəyyən edilməsinə, Mərkəzi Bankın da təklifi ilə hazırlanmış xüsusi metodologiya ilə hazırda bu xüsusi çəkilər hesablanmaqla bazardakı ümumi tendensiyalar nəzarət altında saxlanılır və altı aydan bir məsələ Fondun Himayəçilik Şurasında müzakirə edilməklə faiz dərəcəsinin artıb azalması tendensiyasına baxılır".
Qeyd edək ki, bu gün Əmanətlərin Sığortalanması Fondu Şamaxıda Milli Mətbuat gününə həsr olunan dialoq və əməkdaşlıq forumu keçirir.
Zöhrə Pənahi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 25 İyul 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















