Icma.az
close
up
RU
AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub

AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 fevral, AZƏRTAC

Oman Sultanlığının paytaxtı Maskat şəhərində Beynəlxalq Elmi Şuranın (ISC) 3-cü Baş Assambleyası və Maskat Qlobal Bilik Dialoqu keçirilib. Tədbir Oman Baş nazirinin beynəlxalq əlaqələr və əməkdaşlıq məsələləri üzrə müavini və Əlahəzrət Sultanın şəxsi nümayəndəsi Seyid Əsəd bin Tariq Əl Səidin himayəsi altında Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin ev sahibliyi ilə reallaşıb.

Tədbirə 132 ölkədən elmlər akademiyaları, milli tədqiqat şuraları, elm fondları, müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndə heyətləri, həmçinin beynəlxalq elmi cəmiyyətlər, assosiasiyalar və birliklərin nümayəndələrindən ibarət 415 iştirakçı qatılıb. AMEA tərəfindən Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva iştirak edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbirdə elmin bütün sahələrini əhatə edən ISC üzvləri arasında beynəlxalq elmi əlaqələr üzrə problemlərin və prioritetlərin, fənlərarası əməkdaşlıq imkanlarının müzakirəsinə geniş yer ayrılıb. Proqrama “Elmdə azadlıq, məsuliyyət və inklüzivlik”, “Süni intellekt”, “Elmi transformasiya: açıq elm, tədqiqatların qiymətləndirilməsi, elmi nəşrlər”, “Elmə güvənin artırılması”, “Elmi diplomatiya”, “Beynəlxalq elm gündəliyinin təyini” və digər kimi mövzular daxil edilib.

Sessiyalardan biri “Davamlı inkişaf siyasətində və praktikasında sosial elmlərin rolunun artırılması” mövzusuna həsr edilib. Məruzələr və müzakirələr zamanı sosial elmlərin təbiət elmləri və cəmiyyət arasında əlaqələrdə, elmi nailiyyətlərin transferi istiqamətində mərkəzi mövqe tutduğu diqqətə çatdırılıb. Bu sahədə mövcud problemlər, yeniliklər və perspektivlərə dair müxtəlif ölkələrin təcrübələri, ISC-nin növbəti mərhələlərdə fəaliyyəti üzrə fikir mübadiləsi aparılıb.

Esmira Əlirzayeva müzakirələr zamanı çıxış edib və təkliflərini səsləndirib.

Baş Assambleya çərçivəsində strateji plan layihəsi və prioritet sahələr üzrə əməkdaşlıq imkanları, ISC-nin növbəti mərhələlərdə fəaliyyət istiqamətləri, alimlərin mübadiləsi üçün viza prosesləri ilə bağlı çətinliklər ətraflı müzakirə edilib.

Tədbirdə, həmçinin ISC-nin prezidenti professor Piter Qlukman və icraçı direktoru professor Salvatore Ariconun iştirakı ilə keçirilən ISC-nin regional ofislərinə dair sessiyada yeni ofisin təsisi üzrə geniş müzakirələr aparılıb və müxtəlif regional əlaqələndiricilərin məruzələri dinlənilib. Esmira Əlirzayeva AMEA-nın beynəlxalq əlaqələri, həyata keçirdiyi layihə müsabiqələri, elmi prioritetləri haqqında məlumat verib, regional ofislərin fəaliyyəti ilə əlaqəli təkliflərini diqqətə çatdırıb.

İclas çərçivəsində AMEA ilə bir sıra ölkələrin elmi qurumları, beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq məsələləri də müzakirə edilib.

Oman tədbirində Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru, ISC-nin ilk katibi olmuş həmyerlimiz professor Alik İsmayılzadə də iştirak edib və ISC-nin Qərar Komissiyasının üzvü seçilib.

Qeyd edək ki, ISC 150-dən çox ölkədən 250-dən artıq akademiya, elmi birlik, milli və beynəlxalq elmi təşkilatı özündə birləşdirir. AMEA 2022-ci ildən bu təşkilatın tamhüquqlu üzvüdür və ISC-nin İdarə Heyətinin seçkilərində və müxtəlif tədbirlərdə fəal iştirak edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri