Icma.az
close
up
RU
Azərbaycan Asiya Parlament Assambleyasının komitə iclasında təmsil olunub AZƏRTAC

Azərbaycan Asiya Parlament Assambleyasının komitə iclasında təmsil olunub AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 yanvar, AZƏRTAC

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev yanvarın 11-13-ü Bağdadda təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edib.

Azərbaycanın İraqdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, komitə iclasında İraqın Nümayəndələr Şurasının Xarici əlaqələr komitəsinin sədr müavini, Asiya Parlament Assambleyasının Siyasi məsələlər üzrə daimi komitəsinin sədri Cabbar Əl-Kənani, Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev və APA-nın baş katibi Mohammad Reza Majidi çıxış ediblər.

Rizvan Nəbiyev çıxışında hazırda Asiya regionunun üzləşdiyi çağırışlardan və APA-nın bu çağırışların həllindəki rolundan bəh edib. O, Azərbaycanın D8 təşkilatına üzv qəbul edilməsini dövlətimizin Asiya dövlətləri və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlığa verdiyi dəyər kimi səciyyələndirib.

1980-ci illərin sonlarında Ermənistan tərəfindən zorla qovulmuş Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına geri dönüş hüququ barədə danışan deputat bu qayıdışın yalnız humanitar hüquqların bərpası deyil, həm də regionda sülhün və qarşılıqlı etimadın möhkəmlənməsi üçün vacib bir addım olacağını diqqətə çatdırıb.

R.Nəbiyev, həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduqdan sonra regionda yeni siyasi vəziyyətin yarandığını, de fakto sülh və sabitliyin bərqərar olduğunu vurğulayıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistana təklif edilmiş sülh müqaviləsinin iki maddəsi istisna olmaqla ümumən razılaşdırıldığını, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə yaradılmış dövlət komissiyasının fəaliyyət göstərdiyini qeyd edib.

İclasda yaxşı idarəçilik və qanunun aliliyində, dostluq və əməkdaşlıq vasitəsilə Asiyada tərəqqinin təmin edilməsində, demokratiya yolu ilə harmonik inkişafda və digər məsələlərdə parlamentin roluna həsr olunmuş 8 qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

Daimi komitənin iclası ilə yanaşı, APA Büro iclası və APA işçı qrupunun da iclasları keçirilib, təşkilatın Nizamnaməsinə dəyişiklik və 2025-ci il APA-nın fəaliyyət təqvimi barədə qərarlar verilib.

İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səfər çərçivəsində, həmçinin İraqın Nümayəndələr Şurasının sədri Mahmud Əl-Məşhədani tərəfindən qəbul edilib.

Xatırladaq ki, 43 üzv dövlətin təmsil olunduğu Asiya Parlament Assambleyasına hazırda Azərbaycanın Milli Məclisi sədrlik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri