Icma.az
close
up
RU
AMEA da “Böyük ana alim qadın” mövzusunda konfrans keçirilib

AMEA da “Böyük ana alim qadın” mövzusunda konfrans keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Aprelin 25-də AMEA Rəyasət Heyətinin və Akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə görkəmli alim, ictimai-siyasi xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş  “Böyük ana-alim-qadın” mövzusunda elmi konfrans keçirilib.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib. O, oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Akademiyanın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlərin təşkil olunduğunu bildirib.

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 18 mart 2025-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladaraq, həmin qərarın icrasından irəli gələn vəzifələrin sırasında AMEA-da görkəmli alimlərin yubileylərinin qeyd edilməsi, yeni nəşrlərin hazırlanması kimi məsələlərin də yer aldığını diqqətə çatdırıb. Bu mənada bugünkü konfransın akademik Zərifə Əliyevanın xatirəsinə hörmət və ehtiramı ifadə etməklə yanaşı, həm də AMEA-nın 80 illiyi çərçivəsində keçirilən əhəmiyyətli tədbir kimi böyük önəm daşıdığını bildirib.

AMEA rəhbəri qeyd edib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli elmi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Görkəmli alimin peşə xəstəlikləri üzrə elmi məktəb yaratdığını söyləyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb. Oftalmoloq alimin şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün örnəkdir. O, sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub. 

Sonra AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək zəngin mənəviyyata sahib əsl ziyalı olan Zərifə xanım Əliyevanın elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu deyib.

Akademik İradə Hüseynova  bildirib ki, Zərifə xanım Əliyeva elmi və ictimai fəaliyyətini ailə həyatı ilə mükəmməl şəkildə uyğunlaşdırmağı bacarıb. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq Prezident İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirib. Heydər Əliyev məktəbindən dərs alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycana möhtəşəm qələbələr qazandırıb, ölkəmizi tərəqqi və Zəfər zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm də Vətənə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirib. 

“Bir çox mükafatlara və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva xalqın sonsuz sevgisini qazanmış, xatirələrdə silinməz izlər buraxmışdır”, - deyə bildirən akademik İradə Hüseynova görkəmli alimin həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı kitabın AMEA-nın 80 illiyi çərçivəsində “Elm” nəşriyyatında ingilis dilində nəşr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, aktual problemlərə həsr olunan kitabın ingilis dilində çap olunması oftalmoloq alimin şəxsiyyətinin və yaradıcılığının dünyada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulayıb ki, nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli geniş “Ön söz” yazıb. 

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik Gövhər Başəliyeva, AMEA Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış edərək insanların gözlərinə nur bəxş etmiş akademik Zərifə Əliyevanın elmi fəaliyyəti, həyat yoldaşı və analıq missiyası ilə hər bir Azərbaycan qadınına nümunə olduğunu bildiriblər. Qeyd olunub ki, görkəmli alimin həyat yolu və fəaliyyəti bir insanın elm, vicdan, əxlaq və mərhəmətlə necə böyük zirvələr fəth edə biləcəyinin bariz nümunəsidir. Zərifə Əliyeva öz adı ilə tibb elminə, Azərbaycan ziyalılıq ənənəsinə və humanist dəyərlərə əbədi möhür vurmuşdur.

Daha sonra oftalmoloq alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Konfransda, həmçinin millət vəkili, filologiya elmləri doktoru dosent Elnarə Akimova “Zərifə Əliyeva – alimlik və insanlıq statusu”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru  professor Afət Abbasova “Gözlərə nur bəxş edən insan”, Milli Oftalmologiya Mərkəzinin direktor müavini tibb elmləri doktoru, dosent Hicran Namazova “Zərifə Əliyevanın elmi irsi bu gün də aktualdır”, YAP Veteranlar Şurasının üzvü, AMEA Qadınlar Şurasının İdarə heyətinin üzvü Zərifə Quliyeva “Zərifə xanım xatirələrdə”, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Vüsalə Gülmalıyeva “Zərifə xanımın həyatı gənc nəsil üçün örnəkdir” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarını dərindən araşdırıb. Zərifə xanım Əliyeva böyük siyasətçinin xanımı olmaqla yanaşı, ictimai məsuliyyət daşıyan vətəndaş, xeyirxah insan və fədakar ziyalı olub.

Sonda akademik Zərifə Əliyevanın həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı kitabının ingilis dilində nəşrinin təqdimatı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri