Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində konfrans keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 9-da AMEA Naxçıvan Bölməsi və Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. 

525.az xəbər verir ki, tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayında ölkə Prezidentinin geniş məzmunlu və proqram xarakterli nitqinin cəmiyyətimizin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıb. Akademik 1992-ci ilin noyabrında Naxçıvanda ziyalıların müraciəti ilə yaranan Yeni Azərbaycan Partiyasının o dövrdə baş verən tarixi hadisələrdə rolundan danışaraq , Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olduğunu, “Əsrin müqaviləsi”nin imzalandığını və strateji inkişaf xəttinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Həmçinin akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu siyasi xəttin uğurla davam etdirildiyini, Azərbaycanın öz gücü, qətiyyətli hərbi və müdrik diplomatiyası sayəsində tarixi Zəfərə imza atdığını, bu gün isə regionda “Orta güc” kimi tanınaraq qlobal miqyasda nüfuzunu gündən-günə artırdığını vurğulayıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli dövlət başçısının qurultaydaki nitqinin ölkəmizin gələcək inkişafı üçün fundamental əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın şərəfli inkişaf yoluna toxunaraq, YAP-ın yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də qabaqcıl siyasi qüvvə kimi mövqeyini möhkəmlatdiyini, dünyanın bir çox aparıcı partiyaları ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatının sədri Zeynəb Quliyeva YAP-ın VIII qurultayının yeni geosiyasi şəraitdə gerçəkləşməsinin əhəmiyyətini vurğulayıb. O, qurultayın əsas nəticələrini suverenliyin və ərazi bütövlüyünün bərpasından sonra yaranan yeni reallıqlar, Zəfərdən sonra hərbi, iqtisadi, diplomatik və mədəni quruculuq sahəsində əldə olunan tarixi nailiyyətlər, eləcə də gələcək inkişafın davamlılığını təmin edəcək milli təhlükəsizlik, hərbi potensialın artırılması, ideoloji tədbirlər və Böyük Qayıdış prosesi fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri üzrə ətraflı təhlil edib. 

Tədbirdə YAP fəallarının ölkənin inkişafındakı rolu yüksək qiymətləndirilib və qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri