Icma.az
close
up
RU
AMEA da “Fətəli xan Xoyskinin həyatı və ictimai siyasi fəaliyyəti” mövzusunda elmi nəzəri seminar keçirilib

AMEA da “Fətəli xan Xoyskinin həyatı və ictimai siyasi fəaliyyəti” mövzusunda elmi nəzəri seminar keçirilib

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsində Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi-nəzəri seminar keçirilmişdir.
Newscenter.az xəbər verir ki, “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, a.e.i., f.ü.f.d., dos. Faiq Qəzənfər oğlu Ələkbərli əməkdaşları və seminar iştirakçılarını salamlayaraq qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən bu il Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə əlaqədar respublikamızda və eləcə də AMEA-da bir sıra tədbirlər keçirilir. F.ü.f.d., dos. F.Q.Ələkbərli bildirib ki, müəllifi olduğu 3 cilddə “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının II cild (birinci kitabda) Fətəli xan Xoyludan da bəhs etmişdir. Onun sözlərinə görə, Fətəli xan ali təhsilli, ziyalı, dəyərli bir insan olmaqla yanaşı, həm də siyasi xadim, Azərbaycan dövlətinin müstəqilliyinin yaradıcılarından biri və onun ilk Baş naziri olmuşdur. O, II Rusiya inqilabından (1917) sonra Zaqafqaziya Komissarlığı (1917-1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri olmuşdur. F.X.Xoylu Cümhuriyyət dövründə üç dəfə baş nazir, bundan başqa ədliyyə və xarici işlər naziri vəzifələrində çalışmışdır. Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyini və bir dövlət kimi inkişafı uğrunda mübarizə aparmağı özünün əsas vəzifəsi olaraq bəyan etmişdir.
F.Ələkbərli qeyd edib ki, F.X.Xoylu parlamentdəki çıxışlarında Azərbaycanda milli-dini ayrı-seçkiliyin olmamasını dəfələrlə bəyan etmişdir: “O deyirdi ki, Azərbaycan türkləri heç bir zaman bu Vətəni özlərinə tək övlad kimi görməyiblər. Bu baxımdan Azərbaycan Cümhuriyyəti türk, qeyri-türk bütün xalqlar, etnoslar üçün Vətəndir və Milli İstiqlalı hər bir kəs qorumalıdır.27 aprel işğalından sonra Tiflisə gedən F.X.Xoylu 1920-ci ilin iyunun 19-da erməni terrorçuları tərəfindən şəhid edilmişdir”.

Seminarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutun “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, f.e.d. Z.B.Ağayeva, “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, f.e.d., prof. R.A.Əhmədli çıxışlarında qeyd etmişlər ki, F.X.Xoyski geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.“Müasir fəlsəfə problemləri” şöbəsinin a.e.i., f.ü.f.d., dos. Z.M.Şabanov çıxışında vurguladı ki, F.X.Xoyskinin Zaqafqaziya komissarlığında xalq maarif komissarı kimi fəaliyyət göstərməsi, təhsil sahəsində maarifçiliyin yayılmasına xidmət etmişdir. Bütün dövlət müəssisələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsi, ana dilində məktəb və seminariyaların açılması məhz F.X.Xoyskinin rəhbərlik etdiyi dövrdə həyata keçirilməyə başlanmışdır.AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri N.C.Qəhrəmanova çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən bu il görkəmli ictimai-siyasi xadim Fətəli xan Xoyskinin 150 illik yubiley tədbirlərinin respublikada və eləcə də AMEA-da keçirilməsinin zəruri olduğunu qeyd etdi.Seminarda həmçinin b.e.i., f.ü.f.d. Z.F.Rəşidov, f.ü.f.d., dos. M.Ə.Mahmudov, Azərbaycan Turizm və Menecment Universiteti, f.ü.f.d., dos. E.Ə.Bayramzadə və laborant A.V.Əliyeva iştirak etmişlər.Seminar mövzusu ətrafında diskusiyalar olmuş, geniş müzakirələr aparılmışdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Oktyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri