Icma.az
close
up
RU
AMEA Folklor İnstitutu və 2 nömrəli liseydə Beynəlxalq Ana Dili Günü qeyd olunub

AMEA Folklor İnstitutu və 2 nömrəli liseydə Beynəlxalq Ana Dili Günü qeyd olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 fevral, AZƏRTAC

AMEA Folklor İnstitutu və Bakı şəhəri Səbail rayonu Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyin birgə təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli kimliyimizdir!” mövzusunda tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 2 nömrəli texniki-humanitar liseyin direktoru Elvin Aslanlı ana dilinin insanın düşüncə tərzinin, dünyagörüşünün və milli kimliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, dilin saflığının qorunması, inkişaf etdirilməsi hər bir vətəndaşın borcudur.

AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Dil milli xarakteri təyin edən amildir” mövzusunda məruzəsində qeyd edib ki, əsrlər boyu klassiklərimiz əsərlərində ana dilini əcnəbi dillərə məxsus ifadələrdən, tərkiblərdən təmizləmək sahəsində fədakarlıq, həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bildirib ki, bədii dildə ümumxalq dilinin və milli ruhun duyulması əsas şərtdir.

Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimovanın “Ana dili milli varlığımız və qürur mənbəyimizdir”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanovanın “Ana dili folklor yaddaşının semantik daşıyıcısı kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Nağılların dili: alleqoriya”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilovanın “Əsrlərin yadigarı Ana dilim” mövzularında məruzələri dinlənilib. Diqqətə çatdırıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Fevral 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri