Icma.az
close
up
RU
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı Gənclər Mərkəzində Beynəlxalq Konfutsi İnstitutu Gününə, qədim Çin filosofu və mütəfəkkiri Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri təşkil edilib.

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnistitutundan AZƏRTAC-a bildirilib ki, "Birlikdə sülh naminə" devizi altında təşkil edilən tədbir Çin dilini, adət-ənənələrini və mədəniyyətini təbliğ etmək, Azərbaycan-Çin mədəni dialoqunu genişləndirmək və iki ölkə gəncləri arasında dostluğu möhkəmləndirmək məqsədi daşıyıb. Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşaviri Din Tao qeyd edib ki, ADU-nun Konfutsi İnstitutu yarandığı gündən bəri on il ərzində iki ölkə arasında Çin dilinin tədrisi və mədəni mübadilələrdə fəal iştirak edib. Bildirib ki, Konfutsi İnstitutu çinşünaslıq sahəsində çoxsaylı gənc istedadlar yetişdirib və Azərbaycan ictimaiyyəti üçün Çin sivilizasiyasının və dilinin unikal dünyasına informasiya "pəncərəsi", iki ölkə arasında praqmatik təhsil əməkdaşlığı və mədəni inteqrasiya modeli olub.

Tədbirin bədii hissəsi gənc istedadların iştirakı ilə canlı audiovizual müşayiətlə konsertlə başlayıb. Konfutsi İnstitutunun tələbələri Çin mədəniyyətinin inklüziv və mütərəqqi ruhunu nümayiş etdirərək "Minilliyin arzusu" adlı Çin rəqsini, "Mulan balladası" klassik şeirini, Pekin operasından "Məbədi dağıdan ilahə" parçalarını və transformasiya və dəyişən maskaları özündə əks etdirən klassik Siçuan opera tamaşasını ifa ediblər.

Sonda tədbir iştirakçılarına Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun "Azərbaycan - Çin: Prezident salnaməsi" kitabı hədiyyə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see183

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see176

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see170

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see168

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri