Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində iki yeni elmi nəşrin təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində iki yeni elmi nəşrin təqdimatı keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Sentyabrın 5-də AMEA Naxçıvan Bölməsində iki yeni elmi nəşrin- AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyevin “Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan şivələri”( II cilddə) adlı kitablarının təqdimatı keçirilib. 

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev dil və ədəbiyyat sahəsində aparılan tədqiqatların əhəmiyyətindən danışıb. Təqdim olunan nəşrlərin türkologiya və dialektologiya sahələrinə mühüm töhfə olduğunu vurğulayan, onları ümumi təhlil edən İsmayıl Hacıyev çıxışının sonunda müəllifləri ərsəyə gətirdikləri yeni kitablar münasibətilə təbrik edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Naxçıvan şivələrinin öyrənilməsində yeni səhifə”, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Türkologiya elminə yeni töhfə”, həmin institutun əməkdaşı Ülviyyə Aslanova “Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat” mövzularında çıxış ediblər. 

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov təqdim olunan əsərlərin yalnız dilçilik və ədəbiyyat deyil, eyni zamanda ümumtürk mədəniyyətinin öyrənilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonda müəlliflər – AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva kitablarının elmi əhəmiyyəti, ərsəyə gəlmə mərhələləri barədə danışıb, tədbirin təşkilinə və yaradıcılıqlarına göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Səbuhi HƏSƏNOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri