Icma.az
close
up
RU
AMEA Naxçıvan bölməsində elmi konfrans keçirilib

AMEA Naxçıvan bölməsində elmi konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 30 aprel, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Konstitusiya və Suverenlik İli" çərçivəsində bölmədə keçirilən konfrans və tədbirlər, görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib, “Azərbaycanın tarixi ərazisi olan Qərbi Zəngəzurun Ermənistan SSR tərkibinə verilməsi” başlıqlı məruzəsini təqdim edib. İsmayıl Hacıyev XIX əsrdə Yelizavetpol quberniyasının tərkibində olan Zəngəzur mahalından, onun əhatə etdiyi ərazilərdən bəhs edib. Zəngəzur toponiminin etimologiyası, əhalisinin etnik tərkibi,bölgəyə ermənilərin süni şəkildə köçürülməsi sayəsində burada demoqrafik vəziyyətin dəyişdirilməsi barədə danışıb.

O, Qərbi Zəngəzurun itirilməsinin Azərbaycan və bütünlükdə Türk dünyası üçün zərərləri, Zəngəzur dəhlizi və başqa mühüm məsələlərə də toxunub.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanda qədim mədəniyyətlərin izləri” mövzulu məruzəsində bildirib ki, muxtar respublikada aparılan arxeoloji tədqiqatlar bu ərazidə insanların hələ Daş dövründən yaşadığını sübut edir. Alim vurğulayıb ki, Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqə şəraitində inkişaf edib. Bölgədə Boyalı qablar, Ubeyd, Dalmatəpə, Xocalı-Gədəbəy mədəniyyətlərinin izlərinə rast gəlinməsi Naxçıvanın Şimali Mesopotamiya və Urmiya hövzəsi ilə əlaqələrinin Neolit dövrünə gedib çıxdığını göstərir. O, həmçinin qeyd edib ki, Naxçıvan Cənubi Qafqazla Yaxın Şərq arasında mədəni körpü rolunu oynayıb və burada yaşayan tayfalar öz müstəqilliklərini qorumaq uğrunda mübarizə aparıblar.

Muxtar respublikanın arxeoloji abidələrlə zəngin olduğunu dilə gətirən arxeoloq-alim bildirib ki, aparılan araşdırmalar və onların nəticəsi bölgədə hələ kəşf olunmamış xeyli sayda arxeoloji abidənin mövcud olduğunu deməyə əsas verir.

Sonra konfrans iştirakçılarını maraqlandıraqn suallar cavablandırılıb.

Konfrans işini günün ikinci yarısında bölmə iclasları üzrə davam etdirib. “Tarix” və “Arxeologiya və Etnoqrafiya” bölmələri üzrə 20-ə yaxın elmi məruzə təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri