Icma.az
close
up
RU
AMEA nın Şəki Regional Elmi Mərkəzi Qaxda elmi praktik konfrans keçirib

AMEA nın Şəki Regional Elmi Mərkəzi Qaxda elmi praktik konfrans keçirib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qax, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə aprelin 8-də Qax şəhərində Elm Gününə və AMEA-nın 80 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfrans iştirakçıları sonra tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzində Regional Elmi Mərkəzin fəaliyyəti və qazandığı uğurlardan bəhs edən sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycanda Elm Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Elm Gününün təsis edilməsi dövlətimizin başçısının elm sahəsinə, alimə verdiyi yüksək dəyərin təzahürüdür.

Şəki Regional Elmi Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü məruzəsində ölkəmizdə elmin inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib, qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Elmin inkişafının ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlı olduğunu vurğulayan direktor dövlət müstəqilliyinin bərpasından sonra elm sahəsinə göstərilən diqqət və qayğının bu sahənin inkişafında müsbət nəticələr əldə etməyə imkan verdiyini diqqətə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin elmə diqqət və qayğısının bütün dövrlərdə yüksək səviyyədə olduğunu vurğulayan mərkəzin direktoru deyib: “Ulu Öndər çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Sevindirici haldır ki, əsası Ümummilli Lider tərəfindən qoyulan elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı ölkəmizdə elmin, təhsilin və intellektual insan potensialının və insan kapitalının inkişafının vacibliyini həmişə ön plana çəkir”.

Yusif Şükürlü məruzəsində, həmçinin Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə də ətraflı məlumat verib. Qeyd olunub ki, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.

Konfransda daha sonra Regional Elmi Mərkəzin alim və əməkdaşlarının təqdimatında bu elm ocağının ayrı-ayrı şöbələrinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri