Icma.az
close
up
RU
Menu

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Nicat Kazımov oğluna toy etdi Video

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

İdeyalar müstəvisində strateji dərinlik

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Yol nəqliyyat hadisələrin sayı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

AMEA nın Mərkəzi Elmi Kitabxanasında beynəlxalq elmi konfrans keçirilib

AMEA nın Mərkəzi Elmi Kitabxanasında beynəlxalq elmi konfrans keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 21-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

525.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans 7 ölkənin - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyanın 38 təşkilatının iştirakı ilə gerçəkləşdirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr edilmiş sərgiyə baxış keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Plenar iclasda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda akademiya tipli ilk elmi qurum 1259-cu ildə Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa Rəsədxanasıdır və burada astronomiya ilə yanaşı, riyaziyyat, tibb, metafizika, fəlsəfə, xəttatlıq və elmin bir çox sahələrinə dair tədqiqatlar aparılmışdır. Həmin dövrdə Azərbaycanda iki böyük kitabxananın fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, onlardan biri Əbülfəz Naxçıvaninin Gəncədə qurduğu kitabxana olub və burada iki min sayda kitab və əlyazma oxuculara təqdim edilib. AMEA rəhbəri diqqətə çatdırıb ki, digəri isə Marağa Rəsədxanasının kitabxanası olub, burada 400 adda kitab qorunub və bununla da Azərbaycanda Akademik kitabxananın əsası qoyulub.

XX əsrdə Azərbaycanda yenidən Akademik kitabxana işinin formalaşdığını deyən akademik İsa Həbibbəyli 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin qərarı ilə bugünkü Mərkəzi Elmi Kitabxananın sələfi olan Kitabxana-biblioqrafiya bürosunun yaradıldığını söyləyib.

Vurğulayıb ki, kitabxananın ilk direkoru Hənəfi Zeynallı qurumun təşəkkülü və inkişafı, eləcə də fondlarının zənginləşməsində mühüm xidmətlər göstərib. Həmçinin görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Baqrinin də bu istiqamətdə böyük töhfələri olub. Sonrakı illərdə bir çox görkəmli şəxsiyyətlərin, alimlərin kitabxananın rəhbərliyində təmsil olunduğunu bildirən AMEA rəhbəri hər birinin öz fəaliyyəti ilə kitabxananın, eləcə də Azərbaycan elminin inkişafına xidmət etdiklərini deyib.

“Ölkəmizin taleyində olduğu kimi, Mərkəzi Elmi Kitabxananın da inkişafında iki mərhələ xüsusi rol oynayır. Bunlardan ilki Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdir ki, bu tarix respublikamızın intibah dövrü olduğu kimi, Akademiyanın da inkişaf mərhələsi kimi yaddaşlarda qalıb, Azərbaycan elmində bir çox tarixi nailiyyətlər əldə edilib, Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, o cümlədən Mərkəzi Elmi Kitabxanada yeni fondlar yaradılıb, kitab ehtiyatı zənginləşdirilib. Mərkəzi Elmi Kitabxananın fəaliyyətində ikinci önəmli mərhələ isə Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə kitabxananın yeni binasının tikilməsi və özünün iştirakı ilə 5 may 2014-cü ildə istifadəyə verilməsidir. Məhz cənab Prezidentin qayğısı nəticəsində bu gün müasir standartlara cavab verən kitabxana qurulmuşdur”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb. Dünyanın 30-a yaxın Elmlər Akademiyasının kitabxanasını ziyarət etdiyini deyən akademik İsa Həbibbəyli heç birinin Mərkəzi Elmi Kitabxananın binası kimi müasir olmadığını, binanın məhz ölkə başçısının tapşırığı əsasında dünya təcrübəsi öyrənilməklə, XXI əsrin modern texnologiyası əsasında tikildiyini bildirib.

“Mərkəzi Elmi Kitabxana dünya kitabxanalarına da qoşulub. Əgər ilin əvvəlində dünyanın 81 kitabxanasına qoşulmuşduqsa, artıq bu rəqəm 120-ni keçib. ABŞ, Fransa, Böyük Britaniya və bir çox ölkənin zəngin kitabxanasını onlayn oxuya bilirik və bu proses davam edir. AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxananın Akademiklər zalı yenidən qurulub, Akademiklər fondu, oxu zalı yaradılıb. MEK-in əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycançılıq və müstəqil dövlətçiliyimizin inkişafına dəstək verməkdir və bu yöndə əməli fəaliyyət uğurla davam etdirilir. Mərkəzi Elmi Kitabxana bu gün biblioqrafiyaşünaslıq işində yaxından iştirak edir və sanballı akademik nəşrlər ortaya qoyur. Son illərdə Mərkəzi Elmi Kitabxana, həmçinin öz beynəlxalq əlaqələrini genişləndirib. Başda Türkiyənin Prezident Kitabxanası olmaqla, dünyanın bir çox aparıcı kitabxanaları ilə sıx əlaqələr qurulub, onların təcrübəsindən istifadə etməklə, elektron kitabxana sistemi təkmilləşdirilir. Mərkəzi Elmi Kitabxananın əməkdaşları regionlarımızda da kitabxana quruculuğu prosesində yaxından iştirak edir, öz təcrübələrini mütəmadi onlarla bölüşürlər”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Sonra MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Mərkəzi Elmi Kitabxananın inkişaf yolu və vəzifələri” mövzusunda məruzə edib. O qeyd edib ki, Mərkəzi Elmi Kitabxana hər zaman fəaliyyətində dövlət qayğısı ilə əhatə olunmuşdur: “1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə kitabxana işinə olan diqqət və qayğı Mərkəzi Elmi Kitabxananın da  işinə müsbət təsir göstərdi, kitabxana əlaqələrini bərpa etdi, yeni-yeni layihələrin iştirakçısına çevrildi, fondlarını zənginləşdirməkdə davam etdi. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan  Elmlər Akademiyası “Milli” status qazandı. Bu proseslər Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə də öz müsbət təsirini göstərdi”.

O bildirib ki, Prezident İlham Əliyevin də AMEA-nın fəaliyyətinə, bu xüsusda Mərkəzi Elmi Kitabxanaya xüsusi diqqət və qayğısı olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının  Mərkəzi Elmi Kitabxanasına müasir tipli yeni binanın tikilməsi üçün Prezident tərəfindən Sərəncam imzalanmış, 2014-cü ildə cənab Prezidentin iştirakı ilə açılışı olan yeni binası istifadəyə verilmişdir. Mərkəzi Elmi Kitabxana üçün tikilmiş yeni binada beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Binada mövcud olan 14 oxu zalında eyni vaxtda 1000-dən çox oxucuya elektron və ənənəvi xidmət göstərmək mümkündür.

“Bu gün Mərkəzi Elmi Kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi təşkil edir. Yeniləşən Akademiya kontekstində bir sıra yeniliklərə imza atan Mərkəzi Elmi Kitabxananın əsas prioriteti də oxucu məmnunluğudur: “Bu yeniliklərdən ilki Mərkəzi Elmi Kitabxananın yeni veb saytının istifadəyə verilməsidir. Saytın “E-xidmətlər” bölməsində e-kitablar, tammətnli məlumat bazaları, avtoreferatlar, jurnallar, rəqəmsal kitabxanalar, xəritələr və s. bölmələrinə daxil olmaq mümkündür. Oxucular saytdan dünyanın və Azərbaycanın 300-ə yaxın qabaqcıl kitabxanalarına, məlumat bazalarına keçid edə, patent axtarışı həyata keçirə bilərlər. Qeyd edim ki, bu günə qədər e-kitabxana üçün 55000-dən artıq  tam mətnli kitab hazırlanmışdır. 41000-dən  artıq  kitab sayta yüklənərək oxucuların istifadəsinə verilmişdir. Bu rəqəm 2024-cü ilin aprelinədək 2700 idi. Elektron  kataloqda resursların sayı 805 000-ə çatıb. Onu da nəzərinizə çatdıraq ki, bu proseslərin  sürətli şəkildə irəliləməsində  son 1 ildə  alınmış yeni skan aparatlarının işimizə tətbiqi mühüm rol oynayır”, - deyə məruzəçi vurğulayıb.

Tədbirin plenar iclasında, həmçinin Türkiyənin Rami Kitabxanasının direktoru Əli Çelik, Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Milli Məclisin deputatı Fazil Mustafa, Daşkənd Dövlət Hüquq Universitetinin İnformasiya-Resurs Mərkəzinin direktoru Pirmedova Xaytqul Muhammedovna, İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru dosent Xumar Məmmədova çıxış ediblər. Çıxışlarda MEK-ə ünvanlanmış təbriklər, dünyada baş verən  kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi, rəqəmsal transformasiya kontekstində kitabxanalar, yeni çağırışlar səsləndirilib.

Sonra MEK-in yubileyinə həsr olunmuş sənədli filmə baxış keçirilib.

Daha sonra MEK-in direktoru Hüseyn Hüseynov Akademiya prezidenti tərəfindən “AMEA-nın 80 illiyi” döş nişanı ilə təltif olunub.

Həmçinin Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi münasibətilə kitabxananın elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup MEK əməkdaşı AMEA Rəyasət Heyətinin, YAP Yasamal rayon təşkilatının, eləcə də AMEA Azad Həmkarlar İttifaqının Təşəkkürnamə və Fəxri fərmanları ilə təltif ediliblər.

Konfransın ikinci hissəsi “Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər”, “Akademik kitabxanalar rəqəmsal informasiya mühitində”, “Kitabxana fəaliyyətinin müasir vəziyyəti: Beynəlxalq və yerli təcrübə”, “Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu” mövzulu bölmə iclasları ilə davam edib.

Mədəni irsin qorunmasında rəqəmsallaşma, kitabxanaların missiyası, türk dövlətlərində mədəni irsin qorunması, kitabxanaların ictimai və elmi funksiyaları, müasir akademik kitabxana proseslərinin rəqəmsallaşdırma və avtomatlaşdırma istiqamətləri, kitabxana fəaliyyətində süni intellekt, müasir çağırışlar və inkişaf perspektivləri kimi və digər məsələlər geniş şəkildə müzakirə olunub.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see238

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see210

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see207

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see191

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see176

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see172

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see154

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see149

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see147

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see144

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see142

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see139

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see139

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see134

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see133

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see129

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri