Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəki Regional Elmi Mərkəzi Oğuzda seminar keçirib

Şəki Regional Elmi Mərkəzi Oğuzda seminar keçirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 may, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) və Oğuz rayonu Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində məktəblilərin maarifləndirilməsi məqsədilə "Azərbaycanın müstəqilliyi Şimal-qərb bölgəsinin ekoloji problemlərinin həllində dönüş nöqtəsi kimi" mövzusunda seminar keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Seminarda çıxış edən Qarabulaq kənd tam orta məktəbin direktoru Elçin Yusubov "Konstitusiya və Suverenlik İli” çərçivəsində bu cür tədbirlərin keçirilməsində orta məktəbin tərəfdaş kimi seçilməsinin qürurverici olduğunu və bunun gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yaratdığını bildirib.

Sonra Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova "Ekologiya və ətraf mühitin mühafizəsi müstəqillik dövründə: çağırışlar və imkanlar" mövzusunda məruzəsini təqdim edib. O, çıxışında Azərbaycan Respublikası Konstitusiyasının 39-cu "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır" maddəsini əsas gətirərək, sağlam və ekoloji təmiz mühitin yaradılmasında insanların üzərinə düşən vəzifə borclarından danışıb, şagirdləri təbiətə qayğı və məsuliyyətlə yanaşmağa, onu qorumağa, ekosistemin mühafizəsi istiqamətində dövlətə dəstək olmağa çağırıb. Məruzəçi iqlim dəyişikliklərinə qarşı mübarizənin təkcə ekologiya ilə bağlı deyil, həm də sosial ədalət, insan hüquqları və qlobal təhlükəsizlik məsələsi olduğunu qeyd edib.

Sonra məktəbin direktor müavini Cavid Qocayev Qarabulaq kəndinin coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, təbii və mineral su ehtiyaları, bitki örtüyü və heyvanat aləmi haqqında ətraflı məlumat verib.

Tədbirdə "Azərbaycanın "yaşıl enerji" hədəfləri və yaşıl enerjinin ekoproblemlərin həllində rolu" mövzusunda çıxış edən Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirov “yaşıl enerji”dən istifadənin iqlim dəyi-şikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək etməsindən, "yaşıl enerji" sənayesinin inkişafı nəticəsində yeni iş yerlərinin yaranmasından, “yaşıl enerji”dən istifadənin havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rolundan danışıb.

Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov isə "Azərbaycanın Oğuz rayonu ərazisində səhralaşma problemi" mövzusunda çıxış edərək Şəki REM-də şimal-qərb regionu üzrə tədqiqatların aparıldığını deyib. O, Oğuz rayonu üzrə səhralaşma prosesinin iqlimdən asılılığını müəyyən etmək üçün gündəlik aparılan meteoroloji monitorinqlərin nəticələri, hava sirkulyasiyasında olan istiqamət dəyişmələri haqqında məlumat verib. Məruzəçi rayonda səhralaşma prosesinin digər bölgələrdə olduğu kimi, relyef, iqlim, bioloji səbəblərlə yanaşı, antropogen təsirdən irəli gəldiyini diqqətə çatdırıb və şagirdlərə problemlərin həlli yolları istiqamətində tövsiyələrini verib.

Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında zəngin mineral-xammal ehtiyatları, gözəl meşə örtüyü, isti-mineral bulaqları, tarixi-mədəni abidələri, əsrarəngiz təbiəti ilə seçilən kurort-turizm imkanlarına sahib Oğuz destinasiyasının Azərbaycan turizmində böyük əhəmiyyətə malik olmasından bəhs edib.

Sonda hər iki təşkilat tərəfindən təşəkkürnamələr təqdim edilib. Şəki REM-in nəşri olan kitablar məktəbin kitabxanasına hədiyyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri