Icma.az
close
up
RU
AMEA nın yubileyinə hazırlıq

AMEA nın yubileyinə hazırlıq

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qurumun 80 illik yubileyinə son hazırlıq müzakirə edilib, cari məsələlərə baxılıb.

AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə 4 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yekun yubiley məclisi keçiriləcək. Təntənəli mərasimə 21 ölkənin elmi qurumlarından 42 qonağın iştirakı ilə Akademiya Muzeyi açılacaq, elmi nailiyyətlər və yubiley ilə bağlı hazırlanan nəşrlər sərgilənəcək, AMEA-nın Nadir Ağaclar Parkında yaşıl aksiya keçiriləcək, “Yanardağ” Qoruğuna gəzinti təşkil olunacaq. Noyabrın 5-də isə Türk Dünyasının Elmlər akademiyaları rəhbərlərinin görüşündə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.

AMEA rəhbəri yekun yubiley tədbirinin elmi və təşkilati baxımdan mükəmməl hazırlanması üçün müvafiq tapşırıqlarını verib, Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin 5-ci ildönümü ilə əlaqədar akademiyanın elmi-tədqiqat müəssisə və təşkilatlarında silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. AMEA-nın “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirakının yekunları haqqında da müzakirələr aparılıb.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmiş Beynəlxalq Elmi Şuranın məsləhətləşmə görüşü haqqında məlumat verib.

İclasda AXC liderlərindən Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı təsdiqlənib, elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatların hazırlanması ilə bağlı müvafiq qərar qəbul olunub. Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2026-cı il üçün elan etdiyi müsabiqədə AMEA-nın yaxından iştirakı və akademik Kamal Abdullanın 75 illik yubileyi haqqında qərarlar qəbul olunub. AMEA-nın müxbir üzvləri Pənah Muradova və Saleh Məhərrəmova elm ocağının Fəxri fərmanları təqdim olunub.

Q.YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri