Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Naxçıvanda AMEA nın yubileyinə həsr olunmuş konfrans

Naxçıvanda AMEA nın yubileyinə həsr olunmuş konfrans

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illliyinə və 27 Mart  Elm Gününə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycanın elm məbədi” adlı elmi konfrans AMEA-nın Naxçıvan Bölməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda giriş sözü ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, bu elm məbədinin sələfi 1923-cü ildə yaranmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti olub. Belə ki, Azərbaycanda elmə sistemli yanaşmanın əsası məhz həmin cəmiyyət tərəfindən qoyulub, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə həmin şöbə əsasında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı formalaşdırılıb. Nəhayət, 1945-ci il martın 27-də Azərbaycan Elmlər Akademiyası təsis olunub, mart ayının 31-də onun strukturu formalaşdırılıb.

Elmin cəmiyyətin inkişafındakı önəminə diqqət çəkən akademik çıxışının davamında AMEA-nın 80 illik fəaliyyətini dövrlər üzrə yığcam təhlil edib. Vurğulanıb ki, bu elm məbədinin inkişafının ən əlamətdar mərhələsi Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin I dövrünə təsadüf edir. 1983-1993-cü illərdə tənəzzül dövrünü yaşayan Azərbaycan EA Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə özünün yüksələn inkişaf yoluna qədəm qoyub. 2001-ci ildə Ulu Öndərin xüsusi Sərəncamı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli” statusunun verilməsi, 2016-cı ildə “Elm haqqında Azərbaycan Respublikası Qanunu”nun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “27 Mart – Elm Günü”nün təsis edilməsi, o cümlədən elm sahəsində aparılan islahatlar elmə və elm adamlarına göstərilən diqqətin təzahürüdür.

Bölmə sədri Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti dövründə əldə olunan əsas elmi nailiyyətlər və aparılan məqsədyönlü islahatlar barədə danışıb, 

konfrans iştirakçılarını AMEA-nın 80 illik yubileyi, Elm Günü, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib.

Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru, dosent Fərman Xəlilov “Azərbaycan Elmlər Akademiyasının yaranmasında Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Azərbaycan Elmlər Akademiyası inkişaf yollarında: 1945-1969-cu illər”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev “Azərbaycan Elmlər Akademiyasının yaranmasından sonra Naxçıvanda fundamental və tətbiqi elm sahələrinin inkişafı”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Batabat Astrofizika Rəsədxanasının direktor vəzifəsini müvəqqəti icra edən Ruslan Məmmədov “Azərbaycan Elmlər Akademiyasının yaranması və astronomiya elminin inkişafı məsələləri”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov “Azərbaycan Milli Elmlər Akademiyası 2003-2025-ci illərdə” mövzusunda məruzə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Mart 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri