Icma.az
close
up
RU
AMEA prezidenti Çində Beynəlxalq İstedad Mübadiləsi Konfransında

AMEA prezidenti Çində Beynəlxalq İstedad Mübadiləsi Konfransında

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinin Hebey əyalətinin Sionqan yeni rayonunda 24-cü Beynəlxalq İstedad Mübadiləsi Konfransı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli 30 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq konfransın açılış mərasimində çıxış edib. Azərbaycan ilə Çin arasında əlaqələrin qədim dövrlərdən İpək Yolu vasitəsilə yaradıldığını qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin motivləri əsasında maraqlı obraz yaradıb.

Müasir dövrdə Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllərinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan AMEA rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ilə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın hərtərəfli və geniş miqyasda inkişaf etdirildiyini diqqətə çatdırıb. Bu münasibətlər sayəsində elm istiqamətində də əlaqələrə geniş meydan açıldığını deyən akademik İsa Həbibbəyli elm-texnika və humanitar sahələrdə əməkdaşlığın dərinləşdiyini, artıq elmi mübadilənin əhəmiyyətli nəticələrinin özünü göstərdiyini vurğulayıb. Həmçinin AMEA ilə Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və bir sıra digər elmi qurum və universitetlər arasında imzalanmış anlaşma memorandumlarının praktiki nəticələr verdiyini, eyni zamanda, akademiyanın elmi-tədqiqat institutları ilə bir sıra tədqiqatlar aparıldığını və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyinə və elmi əməkdaşlığın yeni səhifələrinin yazılacağına inamını ifadə edən akademik İsa Həbibbəyli çıxışında ictimai və humanitar elmlər üzrə süni intellekt və rəqəmsal inkişaf sahəsində yeni perspektivlərin açıldığını qeyd edib.

Akademik İsa Həbibbəyli beynəlxalq konfransda iştirak edən Avstriya, Tailand və Kanada elmlər akademiyalarının prezidentləri, Hebey Pedaqoji Universitetinin rektoru ilə görüşlər keçirib, elmi əməkdaşlıq məsələlərini müzakirə edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri