Icma.az
close
up
RU
AMEA prezidenti yanında müşavirə keçirilib

AMEA prezidenti yanında müşavirə keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Akademiyanın Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə müşavirə keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və bölmələrin elmi katibləri, aidiyyəti şəxslər iştirak ediblər.

Müşavirədə dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək, Akademiyanın 80 illik yubileyinə hazırlıq məsələləri müzakirə edilib. 

Müşavirədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək dövlət başçısının Sərəncamı çərçivəsində Akademiyanın 80 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, Akademiyanın tarixində ilk dəfə olaraq Bakıdan kənarda Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Həmçinin AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə muxtar respublikada da elmi sessiya keçirildiyini xatırladıb.

AMEA rəhbəri Milli Elmlər Akademiyasının yubiley tədbirlərinin tarixdə ilk dəfə olaraq ölkədən kənarda qardaş Türkiyənin Ankara şəhərində Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə, İstanbul şəhərində isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elmlər akademiyaları prezidentlərinin İkinci toplantısında yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb.

AMEA rəhbəri, həmçinin Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində bir sıra nəşrlərin hazırlandığını, onlardan bir qisminin artıq işıq üzü gördüyünü, müəyyən nəşrlərin isə redaksiya mərhələsində olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli həmçinin payızda yekun yubiley tədbirinin keçiriləcəyini söyləyib, bu məqsədlə tədbirin təşkili, qonaqların müəyyənləşdirilməsi və dəvəti, eləcə də bu məqsədlə kitab və monoqrafiyaların nəşri ilə bağlı Rəyasət Heyəti aparatının şöbə müdirlərinə müvafiq tapşırıqlarını verib.

Müşavirədə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Rəyasət Heyəti aparatının şöbə müdirləri – filologiya elmləri doktoru Sərxan Xavəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək AMEA-nın 80 illik yubileyinə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri