Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

AMEA da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

AMEA da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə elektron xidmətlər sahəsində 2024-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti müşavirə keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbirdə akademik İsa Həbibbəyli bildirib ki, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi yeniləşən Akademiyanın başlıca prioritetlərindən biridir və 2024-cü il ərzində bu istiqamətdə mühüm addımlar atılıb, səmərəli fəaliyyət davam etdirilib. AMEA prezidenti elmi nəşrlərin elektron versiyalarının və bazalarının yaradılmasının, nəşrlərin beynəlxalq səviyyəyə yüksəldilməsinin, məqalələrə DOİ identifikatorunun verilməsinin, alimlərin akademik sosial şəbəkələrdən istifadəsinin genişləndirilməsinin, “Vikipediya” Virtual Ensiklopediyasında əlavə olunan və redaktə edilən məqalələrin sayının artırılmasının bu istiqamətdə həyata keçirilən başlıca tədbirlər olduğunu deyib. Vurğulayıb ki, nəşrlərin elektron versiyalarının yaradılması və məqalələrə DOİ identifikatorunun verilməsi alimlərimizin tədqiqatlarının beynəlxalq müstəviyə çıxmasına və onların elmmetrik göstəricilərinin artmasına təkan verəcək.

Akademik İsa Həbibbəyli bildirib ki, atılan bu addımlar Azərbaycan elmini dünya elmi ilə rəqabət apara biləcək səviyyəyə qaldırmaq məqsədi daşıyır və son illərdə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən görülən işlər nəticəsində bir çox uğurlar əldə olunub.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış” mövzusunda məruzə ilə çıxış edib.

AMEA əməkdaşlarının könüllü qruplarının “Vikipediya” Virtual Ensiklopediyasında fəaliyyəti barədə məlumat verən F.İmranov qeyd edib ki, ötən il ərzində 2207 yeni məqalə yaradılıb, 1500 məqalə əsaslı redaktə olunub. Bundan əlavə, “Elektron Akademiya” şöbəsinin əməkdaşının bilavasitə iştirakı ilə “Vikipediya”da Azərbaycan dilində 504, ingilis dilində 123, türk dilində 77, rus dilində 60, fars dilində 11, alman dilində 9 və özbək dilində isə 7 məqalə (cəmi 791 məqalə) yaradılıb. Səmərəli fəaliyyət nəticəsində “Vikipediya”da dərinlik (keyfiyyət) 51-ə yüksəlib.

F.İmranov, həmçinin “Crossref Publishers İnternational Linking Assosation, İnc.” tərəfindən Akademiyanın nəşrlərinə AMEA (ANAS) adı altında rəqəmsal obyekt identifikatorunun (DOI) təsis edildiyini bildirib. Qeyd edib ki, 2024-cü il ərzində AMEA-nın 26 elmi jurnalının, 47 nömrəsində dərc olunmuş 1009 məqalə və 17 konfrans materialı DOİ identifikatoru ilə təmin olunub. O, AMEA DOI identifikatoru təmin edilmiş jurnallar, jurnal məqalələri və konfrans materiallarının arxivləşdirildiyini də diqqətə çatdırıb.

Bundan əlavə, 2024-cü il ərzində İqtisadiyyat Nazirliyinin (İN) tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə AMEA arasında birgə əməkdaşlıq sayəsində İN-nin dəstəyi ilə AMEA əməkdaşlarının 140-dan artıq kursda iştirak edərək, ümumilikdə 881 “Coursera” sertifikatı aldıqlarını söyləyib.

Eyni zamanda bildirib ki, ölkə başçısının “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” fərmanlarının icrasının təmin edilməsi ilə əlaqar AMEA Rəyasət Heyətinin müvafiq qərarı əsasında AMEA-nın internet şəbəkəsinin, kompüterlərin texniki imkanlarının mövcud durumunun dəyərləndirilməsi məqsədi ilə texniki baxış keçirilib, təhlillər aparılıb və müvafiq təkliflər hazırlanıb. Nəticədə AMEA Rəyasət Heyətinin internet şəbəkəsi yenilənib və hazırda şəbəkə qiqabaytlıq sürətlə işləmək imkanına malikdir və bu şəbəkə üzərindən AMEA Elektron Sənəd Dövriyyəsi Sisteminin fəaliyyəti təmin edilir.

F.İmranov bildirib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqdim etdiyi qaydalar çərçivəsində AMEA-nın saytlarının fəaliyyəti yenilənir. Akademiyanın 4 elmi bölməsinin və AMEA DOİ-nin saytları yaradılıb, hazırda istifadə olunur. Həmçinin dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər planında AMEA-nın icraçı olduğu bəndlərdə nəzərdə tutulmuş tədbirlər tam icra olunub.

Bundan əlavə, Akademiyanın 18 elmi jurnalının saytı yaradılıb, domen və hostinqlə təmin edilərək AMEA Dərgi Parkına daxil edilib: “Bu il AMEA Dərgi Parkına daxil olan 3 jurnal - “Azərbaycan Riyaziyyat Jurnalı”, “Müqayisəli ədəbiyyatşünaslıq” və “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalları Türkiyənin TÜBİTAK ULAKBİM DergiParkına daxil edilib, Türkiyədə yayımlanır və baza tərəfindən xülasələndirilir. AMEA Dərgi Parkına daxil olunan jurnallarda dərc edilən məqalələr “Google Scholar”a inteqrasiya olunur və 2-4 gün ərzində indeksləşdirilir. AMEA Dərgi Parkına və TÜBİTAK ULAKBİM DergiParkına daxil olan jurnalların sayının artırılması üçün zəruri tədbirlər görülür. Bundan əlavə, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalının “Scopus” bazasına daxil olunmasına baxılmaq məqsədilə AMEA Dərgi Parkı tərəfindən müvafiq qaydada təqdim edilib”.

Məruzəçi “Elektron Akademiya” şöbəsi tərəfindən AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasının (İREMB) yaradılaraq istifadəyə verildiyini söyləyib. Bazada ümumilikdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmmetrik göstəriciləri qeydə alınır, təhlil olunur, ranqlaşdırılır, strukturlaşdırılır və vizual nümayiş etdirilir. AMEA İREMB-nin fəaliyyəti TÜBİTAK ULAKBİM əməkdaşları tərəfindən təhlil edilib, mahiyyətinin özünəməxsusluğu yüksək dəyərləndirilib və birgə əməkdaşlıq layihəsi çərçivəsində daha da genişləndirilməsi tövsiyə olunub. F.İmranov bildirib ki, AMEA Dərgi Parkına daxil olan jurnalların AMEA Rəqəmsal Elmi İnformasiya Sisteminə (AMEA REİRS) inteqrasiya olunması nəzərdə tutulur.

O, hazırda “Microsoft Teams”də Azərbaycan dilinin transkripsiya üçün dəstəklənən dillər siyahısına daxil edilməsi istiqamətində işlər görüldüyünü söyləyib. Bundan əlavə, çıxışında AMEA-nın elmi-tədqiqat müəssisələrində Rəqəmsal Elmi İnformasiya Resursları Sisteminin (REİRS) işlənilməsi və robot texnologiyaları sahəsində görülmüş işləri də təqdim edib.

Sonda çıxış edən akademik İsa Həbibbəyli “Elektron Akademiya” şöbəsi tərəfindən görülən işləri yüksək qiymətləndirib. Akademik İsa Həbibbəyli 2025-ci il ərzində AMEA-da işıq üzü görən bütün nəşrlərin elektron bazasının yaradılması və AMEA Dərgi Parkına daxil edilməsi, jurnalların təkmilləşdirilərək “Scopus” bazasında nüsxələnməsi üçün təqdim olunması barədə tapşırıq və tövsiyələrini verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see272

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see271

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see218

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see210

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see206

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see192

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see192

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see180

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see167

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see166

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see150

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see147

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see145

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see145

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see142

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see139

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri