Icma.az
close
up
RU
AMEA da müşavirə

AMEA da müşavirə

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 7-də AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki çağırışlarına həsr olunmuş müşavirə keçirilib.

525.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən tədbirdə Akademiyanın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi katibləri, eləcə də bu istiqamətdə elmi müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki çıxışından irəli gələn vəzifələr müzakirə olunub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan dilinin və onun saflığının qorunmasına dövlət siyasəti səviyyəsində münasibət bəsləmişlər. Bu əməli fəaliyyət bu gün qloballaşan dünyada dilimizin kənar təhlükələrdən mühafizə edilməsində mühüm rol oynayıb. Ötən illər ərzində bu istiqamətdə bir sıra rəsmi sənədlərin imzaladığını deyən akademik İsa Həbibbəyli, həmçinin Prezident İlham Əliyevin çıxışlarında bu məsələyə xüsusi diqqət yetirildiyini göstərib. Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan dili ilə bağlı alimlərimiz qarşısında mühüm vəzifələr qoyub və bundan irəli gələrək dərhal dilçi alimlərlə AMEA-nın Rəyasət Heyətində iclas keçirilib, müvafiq qərarlar qəbul olunub, tapşırıqlar verilib, əməli addımlar atılıb.

Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı növbəti çağırışının da alimlər qarşısında mühüm vəzifələr qoyduğunu deyən akademik İsa Həbibbəyli dillə bağlı məsələlərin AMEA-nın əsas prioritet istiqamətlərindən olduğunu bildirib. Akademiya rəhbəri çıxışında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsinin yaradılmasının məqsədəuyğun olduğunu bildirib.

Müşavirədə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan dili ilə bağlı müəssisədə görülən işlər barədə ətraflı məlumat verib. O, dövlət başçısı tərəfindən Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qarşıya qoyulan tələblərə uyğun olaraq dilimizin daxili imkanlar hesabına zənginləşdirilməsi, eləcə də dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması və internet mühitində gedən proseslərin tənzimlənməsi sahəsində elmi kollektivlərin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Bildirilib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoqrafiya lüğəti” və “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır, həmçinin milli dil korpusu yaradılır. Professor Nadir Məmmədli, həmçinin bu istiqamətdə işıq üzü görmüş bir sıra nəşrlər barədə məlumat verib. Bildirib ki, Dilçilik İnstitutunda Azərbaycan dilinin leksikası, fonetikası və morfologiyasına dair cildlər artıq nəşr edilmiş, 4-cü - Sintaksis cildi isə tamamlanmaq üzrədir.

Müşavirədə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxış ediblər. Çıxışlarda dilimizin daxili imkanlar hesabına zənginləşdirilməsi, tədqiq olunması, ana dilinin qorunmasına vətəndaş münasibətlərini əks etdirən əsərlərin yazılması, xarici təsirlərdən qorunmasından danışılıb, təkliflər səsləndirilib.

Sonda akademik İsa Həbibbəyli Azərbaycan dili tədqiqatlarının müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi, alınmış elmi nəticələrin monoqrafiya səviyyəsində geniş elmi ictimaiyyətə çatdırılması, həmçinin kiçik həcmli maarifləndirici broşürlərin çap edilib yayılmasının vacibliyini diqqətə çatdırıb. Dilçilik İnstitutunun, AMEA-nın elmi bölmələrinin və AMEA-nın Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə orta məktəblərdə olimpiadaların keçirilməsinin qərara alındığını bildirən akademik İsa Həbibbəyli AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan dili ilə bağlı daimi kitab sərgisinin, o cümlədən virtual sərginin təşkili ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.

Həmçinin yaxın günlərdə AMEA və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş müzakirələrin aparılacağını söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Yanvar 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see462

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see431

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see272

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see254

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see246

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see245

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see226

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see213

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see200

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see191

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see180

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see177

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see175

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see169

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see162

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see160

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see160

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see159

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see153

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri