Icma.az
close
up
RU
Amerika Azərbaycan əlaqələri strateji səviyyəyə qalxa bilər

Amerika Azərbaycan əlaqələri strateji səviyyəyə qalxa bilər

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 23-ü ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıdığı gündür 

Cənab Tramp çox aydın, açıq mesajlar göndərir. İndi bunların, bəlkə də, hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni ona görə ümidlər böyükdür...  O cümlədən Amerika – Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz  Amerika–Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.
(Azərbaycan  Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibəsindən)

Bəri başdan xatırladaq ki, Ağ Evin Cozef Baydenin prezidentliyi  dövründəki bəzi ermənipərəst addımlarını  nəzərə almasaq, Vaşinqtonda Azərbaycanla əməkdaşlığa həmişə böyük önəm verildiyini deyə bilərik. Bir faktı xüsusilə vurğulayaq ki, Azərbaycan ötən əsrin son onilliyində öz dövlət müstəqilliyini bərpa edəndə  Vaşinqton həmin müstəqilliyi Türkiyə, Pakistan, Rumıniya və İsveçrədən sonra olsa da, Moskvadan iki ay yarım əvvəl – 1992-ci il yanvarın 23-də tanımışdır. 
Xatırladaq ki,  Prezident İlham Əliyev  bu il yanvarın 7-dəki müsahibəsində Azərbaycan – ABŞ münasibətlərini xarakterizə etmək üçün olduqca aydın və maraqlı arqumentlər səsləndirmişdir. Məsələn, dövlət başçımız demişdir ki, cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika – Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı: “ Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika – Azərbaycan münasibətlərini Amerika – Ermənistan münasibətlərinin qurbanına çevirdi”. 
Həqiqətən elə idi. Vaşinqton bütün dünyanın gözü qarşısında bizim ölkəmizə   Ermənistan – Azərbaycan, ya da ABŞ – Ermənistan münasibətlərinin prizmasından yanaşırdı. Dövlət başçımızın da dediyi kimi, məhz həmin səbəb üzündən Vaşinqton – Bakı münasibətlərində  o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qalmışdı. Bundan başqa, Bayden iqtidarı  Azərbaycana qarşı açıq-açığına ədalətsiz mövqe sərgiləmiş, xüsusilə Qarabağ məsələsində ikili standartlardan ayrıla bilməmişdi.  Dövlət başçımız ABŞ nümayəndələrinə bir neçə dəfə demişdi ki,  siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Halbuki, Vaşinqton hansısa suala cavab verə bilməyəcək qədər aciz deyildi. ABŞ diplomatiyasını və siyasətini həmin günə Bayden iqtidarı salmışdı.
Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ ötən ilin iyul ayında –  Şuşa Forumunda demişdi ki, Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri  –  bunları təbliğ edir. Bu, o zaman idi ki, ABŞ-da keçiriləcək seçkilərdə kimin qalib gələcəyini heç kəs bilmirdi. Hətta,  məşhur Tramp – Bayden debatları da hələ  keçirilməmişdi. Dövlət başçımız Şuşada Bayden administrasiyasının yalan danışdığını, söz verərək, sonra o sözdən qaçdığını da xatırlatmışdı. 
Xüsusilə vurğulanmalı daha bir məqam. Mən – bu sətirlərin müəllifi Cozef Baydenin Azərbaycan Prezidentinə ünvanladığı istənilən məktubu oxuyandan sonrakı yazılarımda “Ağ ev haqq yoluna qayıdır!”–  tezisini dəfələrlə  qabartmışdım. Ancaq Anadolu türklərinin sözü olmasın, “kos-koca”  dövlətin fiziki cəhətdən olduqca qoca Prezidentinin bütün vədləri yalana çevrilirdi. 
Ancaq Baydendən əvvəlki ABŞ prezidentləri bizim enerji inkişafımızı və xüsusən də, Bakı–Tbilisi–Ceyhan boru kəmərinin çəkilməsini hər zaman lazımınca dəstəkləyib. Ağ evdən yayılan məlumatlarda dəfələrlə deyilib ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
O da faktdır ki, Ağ evin rəsmi Bakıya inamı  təkcə enerji sahəsindəki əməkdaşlıqla yekunlaşmır. Məsələn, yanvarın 20-də yenidən dövlət başçısı kimi and içmiş  Donald Trampın birinci prezidentliyi dövründə Bakıya ünvanladığı bir məktubda oxuyuruq: “Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq, qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”.
Onu da əlavə edək ki, bu münasibətlər  təkcə ABŞ dövlətinin maraqlarına görə deyil, həm də ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun uğurlu nəticələridir. Həmin siyasətin həyata keçirilməsi gənc müstəqil Azərbaycanın siyasi – diplomatik nailiyyətlərini gündən-günə artırır. Müstəqilliyin geridə qalan dövrlərində Azərbaycan – ABŞ əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daim inkişaf etməsi də məhz həmin uğurlar sırasındadır. 1993-cü ilin yayından etibarən Vaşinqton –Bakı münasibətləri daim yüksələn xətlə inkişaf edib.
Dönə-dönə yazmışıq ki,  Azərbaycan –ABŞ əməkdaşlığı cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Məsələn, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində iki ölkə arasında geniş əməkdaşlıq mövcuddur. Xüsusilə vurğulanmalıdır ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edirlər.
Təkrar olsa da, yenidən xatırladaq ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və daim dəstəkləyir. Təbii ki, Bakı da bu siyasi mövqeyə cavabsız qalmır. Belə ki, rəsmi Bakı qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir. Ağ ev rəsmiləri də, öz növbəsində, Cənubi Qafqazın lider dövlətinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünya birliyinin diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran, bu sahədə artıq böyük təcrübəyə malik olan respublikamızla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını dəfələrlə bəyan etmişlər.
Hamının yadındadır, 2001-ci ildə Nyu-Yorkda törədilən 11 Sentyabr terror hadisəsindən sonra rəsmi Vaşinqtonun öz yanında gördüyü ilk dövlətlərdən biri məhz Azərbaycan olmuşdur. Ölkəmiz ABŞ rəsmilərinin təşəbbüsü ilə yaradılan antiterror koalisiyaya ilk qoşulanlardan biri kimi dostluğa və tərəfdaşlığa sədaqət nümayiş etdirmişdir.
… Biz dost ölkənin dünya düzənində yeni nizam yaratmaq əzmində olan Prezidentinə uğurlar arzulayırıq. Fevralın 28-də ABŞ – Azərbaycan diplomatik münasibətlərinin yaranmasının 33-cü ildönümünü qeyd edəcəyik. İnanırıq ki, o vaxta qədər cənab Trampın islahatlarının bir çox nəticələrini görəcəyik. Dünya ictimaiyyətinin ondan gözlədiyi  başlıca addım isə müharibə və münaqişələrə son qoyulmasıdır. Biz də ona inanırıq. 
…Bu sətirləri Azərbaycan Prezidentinin Azərbaycan – ABŞ dostluq və tərəfdaşlıq münasibətlərinə verdiyi önəmi ifadə edən fikirləri ilə tamamlayırıq: “Bizim Birləşmiş Ştatlarla münasibətimiz olduqca yüksək səviyyədədir. Biz müttəfiqik və müxtəlif məsələlər ətrafında sıx əməkdaşlıq edirik”. 

İttifaq MİRZƏBƏYLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see139

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri