Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelidir

Azərbaycan Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelidir

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət görüşü keçiriləcəkdir. Mərkəzi Asiya ölkələrinin lideri - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iştirak edəcəyi toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub.
Bakı ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi fonunda Prezident İlham Əliyevin toplantıya dəvəti regionda Azərbaycanın artan rolunun göstəricisidir.
Mötəbər tədbir ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Bu müsahibə yalnız iki ölkə arasındakı münasibətləri izah etmirdi, eyni zamanda Azərbaycan diplomatiyasının məqsədli və strateji yönünü açıq şəkildə ortaya qoydu. Müsahibədə ölkəmizin başçısı Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini və mövcudluğunu aydın şəkildə şərh edərək gələcək əməkdaşlığın dayanıqlı tərəfdaşlıq, qarşılıqlı etimad və bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. Eyni zamanda, müsahibə Azərbaycan liderliyinin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirdiyini, Türk dünyası ilə əməkdaşlığın inkişafında önəmli rol oynadığını və ölkəmizin strateji təşəbbüslərinin uğurla nəticələndiyini nümayiş etdirdi.
Ilk növbədə qeyd edilib ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü dəfə iştirak edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.
Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevi qeyd etdiyi kimi: “Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır”.
Son bir neçə ildə Mərkəzi Asiya dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və AZərbaycan Prezidenti cənab İlham Əliyev də qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Bu səfərlər və ölkə başçılarının görüşləri Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Müsahibədə Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinə, gündən-günə möhkəmlənən və inkişaf edən qarşılıqlı münasibətlərə xüsusi toxunulub. Bildirlib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Ölkə başçısı xüsusiolaraq vurğulayıb ki, “Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir”.
Münasibətlərin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə AZərbaycan Prezidenti İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir.
Qeyd edilib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Həmçinin işğaldan azad edilən Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Özbəkistan və dünyada ilk lider isə məhz Prezident Şavkat Mirziyoyev olub. Qardaş Özbəkistan tərəfindən azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəb inşa edilib. Buna görə də Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə öz minnətdarlığını bildirib.
Müsahibədə həmçinin qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri