Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ötən onilliklərin solmayan kinolentləri

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ölümdən sonra insanı nə gözləyir?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Amerika Azərbaycan münasibətlərində İsrail faktoru

Amerika Azərbaycan münasibətlərində İsrail faktoru

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İsrail Azərbaycanla dostluqdan faydalanır, ABŞ daha böyük miqyasda faydalana bilər”

“Mən Azərbaycana tərəfdaşımız İsraillə dostluğuna və bu ölkəyə göstərdiyi dəstəyə görə minnətdaram”.
ABŞ prezidenti Donald Trampın Novruz bayramı ilə bağlı Azərbaycan prezidentinə göndərdiyi məktubda belə bir fikir var. Bu cümlə bir daha onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan münasibətlərinə Azərbaycan-İsrail münasibətləri xüsusi təsir edir. Bu təsir respublikaçılar dönəmində daha qabarıq nəzərə çarpır.

Təəssüf ki, Azərbaycan və Türkiyədə bəli dairələr, xüsusən İranın təsiri altında olan qruplar Azərbaycan-İsrail münasibətlərinə etiraz edir. Azərbaycanın İsrail ilə əlaqələrini kökündən kəsməsini arzu edənlər də az deyil. Belə iddiada olanlar da var: Azərbaycan ya Türkiyəni, ya da İsraili seçməlidir.

Suriyada eskalasiyanın qarşısının alınması mexanizmini hazırlayan İsrail və Türkiyə işçi qruplarının Bakıda keçirilən ilk texniki görüşünün pozitiv atmosferdə keçməsi bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini əngəlləmir. Əksinə, bu münasibət ən kritik məqamlarda Türkiyənin xeyrinə işləyir.

Təbii ki, belə radikallar siyasətdə naşı adamlardır. Ağıllı adamlar düşməni dosta çevirir, sadəlövh adamlar isə dostu özünə düşmən edir. İsrail ilə Azərbaycanın dostluğunun bu səviyyəyə çatması üçün 30 ildən çox vaxt keçib. Diletantlar deyir ki, 30 illik zəhmətin üstündən qara bir xətt çəkək. Kimə görə? Fələstinə görə. Kimə görə? İrana görə. Erməni yanlısı olan Fələstinə və İrana görə erməni məsələsində Azərbaycana aşırı səviyyədə dəstək verən İsrailə düşmən olmaq rasional yanaşma deyil.

İlham Əliyevin yaxşı bir sözü var. Deyir ki, Azərbaycan-İsrail münasibətləri aysberq kimi bir şeydir. Yəni suyun altında qalan görünməyən tərəfi görünən tərəfindən dəfələrlə böyükdür.

Mənim baxışıma görə, Azərbaycanda kimin iqtidara gəlib getməsindən asılı olmayaraq rəsmi Bakı Türkiyə, İsrail və Böyük Britaniya ilə xüsusi münasibətlərini qoruyub saxlamalı və daha da inkişaf etdirməlidir. Bu ölkələr Azərbaycan üçün açar ölkələrdir. O da aydındır ki, digər ölkələrlə də xoş münasibətdə olmağa çalışmaq lazımdır. Bu baxımdan qonşu Rusiya və İran xüsusi statusdadır. Bu ölkələrlə münasibətləri gərginləşdirməkdən qaçmaqda həmişə fayda var.

İsrailin də Azərbaycana münasibəti birmənalıdır. Deyirlər ki, ABŞ-dan sonra İsrailin ən yaxın dostu Azərbaycandır. “Endowment for Middle East Truth (EMET)” beyin mərkəzinin direktoru Joseph Epstein hələ orasını da vurğulaır ki, Azərbaycan “İsrailə ABŞ-dan başqa hər hansı digər ölkədən daha yaxındır, lakin Vaşinqtondan fərqli olaraq, Bakı heç vaxt Fələstin münaqişəsi və ya başqa bir məsələ ilə əlaqədar Qüdsü təzyiq və təhdid etməyib”.

Bəzi analitiklər deyir ki, Azərbaycana ultra-müasir texnologiya, xüsusən hərbi texnologiya lazımdır. İsrailə isə neft gərəkir. Ona görə də Azərbaycanla İsrailin bir-birinə ehtiyacı var. Şübhəsiz ki, bu faktor da İsrail-Azərbaycan münasibətlərində müəyyən rol oynayır. Ancaq başqa, daha dərin səbəblər də olmamış deyil.

Stereotiplərə inanmayın. İsrail-Azərbaycan əməkdaşlığı İrana qarşı əməkdaşlıqdan çox-çox kənara çıxır. Hər iki ölkə enerji, müdafiə, elm və kənd təsərrüfatı sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan İsrailin neftə olan tələbatının 50%-ni ödəyir. İsrail isə öz növbəsində Azərbaycana silah idxalının təxminən 70%-ni qarşılayır.

“Qərb tərəfdaşlarının bir çoxu Qəzzadakı müharibəyə görə İsrailə qarşı çıxsa da, Azərbaycan İsrailin yanında qalıb”, - Epstein deyir.
“Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələr Yəhudi Dövlətinə qarşı silah embarqosunda irəli-geri getsə də, Azərbaycan oktyabrın 7-dən və ondan sonrakı çox cəbhəli müharibədən sonra İsrailə enerji ixracatını artırıb”.

Bu əlaqələr professor Ze’ev Khanin və Alex Grinberg kimi ekspertlərin diqqətindən də yayınmayıb. Onlar bu yaxınlarda “Begin-Sadat Center” Strateji Araşdırmalar Mərkəzi üçün Azərbaycanın İsraillə uzunmüddətli və sabit dostluğunu təhlil ediblər. Onların fikrincə, prezident Donald Tramp Azərbaycanın İsraillə münasibətlərini rəsmi Bakının Amerika maraqları üçün faydalı olmasının əlaməti hesab etməlidir. Təhlildə Azərbaycanın İranla münasibətindəki bəlli gərginlik, Orta Dəhlizdə əsas dövlət kimi mövqeyinə diqqət çəkilir. Deyilir ki, Rusiya qazından uzaqlaşdığı bir vaxtda Avropaya mühüm alternativ enerji təchizatını məhz Azərbaycan həyata keçirir.

Qərbdə bu kimi beyin mərkəzlərinin hesabatları real siyasətə ciddi təsir edir. Yəni Donald Trampın İlham Əliyevə məktubunda İsrail məsələsinə toxunması təsadüfi deyil. Bu, bu kimi beyin mərkəzlərinin tövsiyəsindən irəli gəlir.

Professor Epstein daha sonra deyir: “Azərbaycanın İsrailə gətirdiyi faydalar ABŞ-a daha geniş miqyasda fayda verə bilər”.
"Ancaq ondan istifadə etmək administrasiyadan siyasətdə dönüş tələb edir".
Söhbət hansı U dönüşündən gedir? Co Bayden administrasiyası 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa dəstək haqqında akt"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi yenidən qüvvəyə mindirdi. Deməli, Amerika erməni lobbisinin sifarişi ilə 1992-ci ildə qəbul olunmuş düzəliş 2001-ci ildə dondurulub. 2023-cü ildə isə erməni lobbisinin sifarişi ilə yenidən işə düşüb. Professor Epstein deyir ki, Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşması üçün 907-ci düzəliş aradan götürülməlidir. Az sonra 50-dən çox ABŞ ravvini D.Trampa eyni xahişlə müraciət etmişdi. Bu ideyanın arxasında isə İsrailin Baş naziri Binyamin Netanyahunun dayandığı heç kəsə sirr deyil.

Onu da xüsusi qeyd etmək lazımdır ki, İrandan fərqli olaraq İsrail Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Yəhudi dövləti İranın süngü ilə qarşıladığı Turan dövlətinin yaranmasına da isti baxır.

“Azərbaycan İsrail ilə münasibətləri kəsməlidir” deyənlər mənə bizim klassik müxalifətin bir tezisini xatırladır: Azərbaycan, daha doğrusu iqtidar tərəfini seçməlidir. Ya Qərbin yanında olmalıdır, ya da Rusiyanın. Ancaq iqtidar belə etmədi. Sona qədər balanslaşdirilmiş siyasət yeritdi. Tarix də, hadisələrin gedişi də sübut etdi ki, bu, ən optimal seçim idi.
 

Elbəyi Həsənli. Sürix

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Aprel 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see293

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see215

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see199

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see176

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see174

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see174

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see173

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see173

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see172

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see172

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see170

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see169

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see169

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see168

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see168

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see168

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri