Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Azərbaycan Amerika münasibətlərində son dörd il ən uğursuz dövrdür MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan Amerika münasibətlərində son dörd il ən uğursuz dövrdür MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Gürcüstanda gedən proseslər Qərb cəmiyyətinin diqqət mərkəzindədir, xüsusilə də Qərb siyasi dairələrinin diqqətindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, biz Tramp dövründə, daha doğrusu, Co Bayden dövründə Amerika Birləşmiş Ştatlarının Konqresi və digər dairələrin çox kobud, yekəxana müdaxilələrinin şahidi olmuşuq: "Yəni bizim üçün bu, yenilik deyil. Biz bilirik ki, həmin institutlar digər ölkələrə necə saymaz yanaşırlar. Elə bilirlər ki, onların verdikləri təlimatlar, dedikləri direktivlər qanun səviyyəsində bizim ölkələrdə qəbul olunmalıdır, qarşılanmalıdır. Ancaq belə deyil.

Bu yaxınlarda Prezident İlham Əliyev son dörd ilin nəticələrinə toxunaraq yada saldı ki, Azərbaycan-Amerika münasibətlərində bu son dörd il ən uğursuz və hətta itirilmiş sayılacaq bir dövrdür. Çünki faktiki olaraq amerikalılar bizi eşitmirdilər. Biz hamını eşidirik, fərqi yoxdur, hansı ölkədən nə deyilib, ancaq bizi eşitmədilər və öz düşündüklərini zorla təlqin etməyə cəhd göstərdilər. Bu, yolverilməz idi. Yolverilməz idi və buna görə də deyərdim ki, Gürcüstan, əlbəttə, duruş gətirdi. Səs çoxluğu, yəni cəmiyyətin əksəriyyəti indiki siyasi hakimiyyətin tərəfindədir, onu dəstəkləyir və göstərir ki, biz öz seçimimizi edirik, siz bu seçimə mane ola bilməzsiniz.

Bu nə dərəcədə düzgündür ki, müstəqil dövlətin xalqı öz paradiqmalarını yaradır, öz kursunu müəyyən edir, amma siz zorla təlqin edirsiniz ki, “xeyr, siz bizim dediklərimizlə oturub durmalısınız?" Gürcüstan indi Tramptan nə gözləyir? Tramptan fərqli yanaşma gözləyir. Tramp və onun administrasiyası artıq Gürcüstanın daxili işlərinə müdaxilə etməsin, kobud konfiqurasiyaları zorla sığımasın və nəhayət, Tbilisinin səsini eşitsin.

İndi belə bir fikir var ki, guya, Cənubi Qafqaz Trampı maraqlandırmır. Amma bu, düzgün fikir deyil. Çünki Cənubi Qafqaz Avrasiya məkanında – Hartland deyilən ərazidə – son dərəcə həssas rol oynayır. Bu, kommunikasiyaların birləşdiyi yerdir. Bütün əsas xətlər, xəritələr sanki Cənubi Qafqazda ürək kimi döyünür. Burada təkcə Şərq-Qərb, Qərb-Şərq, Şimal-Cənub deyil, həm də Cənub-Qərb, Cənub-Şərq, eləcə də Şimal-Qərb, Şimal-Şərq variantları var ki, onların hamısının keçid nöqtəsi Cənubi Qafqazdır. Ona görə də faktiki olaraq Cənubi Qafqazın sabitliyi, sonra dayanıqlı vəziyyəti məhz Azərbaycanın sayəsində yaranıb. Əgər burada problemlər yoxdursa, yəni kəskin dilemmlar gündəmə gəlmirsə, oraya müdaxilə etməyə ehtiyac varmı? Əlbəttə ki, yox. Mən elə başa düşürəm ki, sırf praqmatik baxımdan Tramp Cənubi Qafqaza mane olmayacaq. Əsas məsələ də ondan ibarətdir ki, bacarmırlarsa, mane olmasınlar. Əgər kömək etməyə hazırdırlarsa, yenə də mane olmasınlar.

O ki qaldı Avropaya, Avropada bizi yenə də görürük Almaniyada da, Fransada da vəziyyət qeyri-sabitliyə doğru gedir. İnsanların hiddəti, narazılığı aşıb-daşır və onların səsini hakim orqanlar, hakim dairələr sözün əsl mənasında boğmaq istəyirlər. Ən yaxşı halda gözyaşardıcı qazla qarşılayırlar. Sonra isə zərbələr endirməklə, fiziki cəhətdən ayaqlarından vurub yıxmaq niyyəti güdürlər. Bu isə o deməkdir ki, Qərb siyasi dairələri, aparıcı institutlar bu haqsızlıqlara sadəcə göz yumurlar. Özləri hamıdan çox demokratiyanın zəfərindən danışırlar, amma , onun rüşeymlərini özləri boğurlar. Bu, demokratiya deyil, əlbəttə ki, bu, anti-demokratiyadır. Ona görə də biz bir daha əmin oluruq ki, ən düzgün seçim bizim seçimimizdir. Əgər siz bizə hansısa demokratik sxemləri sırımaq istəyirsinizsə, bizə onlar lazım deyil. Çünki demokratiya cəmiyyətin içində yaranır. O, elə bir prosesdir ki, onu ixrac etmək olmaz. İxracat da özünü doğrultmur. Yalnız yerli istehsala bağlı bir məsələdir".

Onun sözlərinə görə, burada milli institutlar, siyasi vətəndaş sektoru, humanitar təşkilatlar – bunların hamısı bir araya gəlməklə dialoq vasitəsilə demokratik əsasları gücləndirməlidirlər: "Çünki bunun başqa yolu yoxdur. Hər bir ölkənin diskursunda əgər “dialoq” anlayışı varsa, deməli, fikir ayrılıqları da ola bilər. Bu mübahisələrdən, bu dialoqdan, bu fikir mübadiləsindən yeni mətləblər ortaya çıxır. Ən münasib variantı isə mütəxəssislər və siyasi dairələr birlikdə müəyyən edirlər. Bizə lazım olan məhz budur. Bu, çox rasional yanaşmadır. Azərbaycan vaxtında düz edirdi ki, Avropanın və Amerika Birləşmiş Ştatlarının demokratiya pərdəsi altında zorla bizə təqdim etməyə çalışdığı modelləri biz birmənalı şəkildə inkar etdik. Bizim xalqımızın dəyərlərinə, mənəvi baxışlarına, mental yanaşmalarına zidd olan heç bir ideyanı qəbul etmədik. Çünki demokratiya yalnız və yalnız milli spesifika üzərində formalaşır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri