“Amerika çiçəklənəndə dünya da çiçəklənir” Tramp
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Amerika iqtisadiyyatını planetin “əsas mühərriki” adlandıraraq, ölkəsinin çiçəklənməsinin bütün dünyaya fayda verdiyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp forumdakı xüsusi müraciətində ABŞ-nin son bir ildə əldə etdiyi iqtisadi uğurlardan bəhs edib.
“Amerika çiçəklənəndə dünya da çiçəklənir. İşlər pis gedəndə isə bu, hamımız üçün mənfi nəticələnir. Siz bizim ardımızca gələrək yuxarı qalxırsınız”, – deyə o bildirib.
Prezident həmçinin Avropanın iqtisadi kursunu tənqid edərək, qitənin durğunluqdan qurtulmaq üçün ABŞ modelindən dərs almalı olduğunu vurğulayıb.
Xatırladaq ki, 2026-cı il Davos Forumu yanvarın 23-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 21 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















