Icma.az
close
up
RU
Səbinə Salmanova: “Ağdam yenidən çiçəklənir”

Səbinə Salmanova: “Ağdam yenidən çiçəklənir”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ermənistanın xarabalığa çevirdiyi şəhər, kənd və qəsəbələrimizdə azğın düşmənə gözdağı verəcək möhtəşəm yaşayış binaları, bir sıra obyektlər tikilir, parklar salınır, yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. 

Ona görə də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam, Əsgəran rayonlarına və Xankəndi şəhərinə növbəti səfəri mühüm əhəmiyyət daşıyır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat xatırladıb ki, dövlət başçısı və birinci xanım mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edirlər: 

“Həmin səfərlər zamanı ölkə başçımız sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edir, xeyir-duasını verir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir. 

Bildiyiniz kimi, fevralın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Ağdam şəhərinə səfər ediblər. Azərbaycan lideri budəfəki səfər çərçivəsində “Hilton Garden İnn” hotelində, Ağdam Muğam Mərkəzində, həmçinin şəhərdə tikintisi davam etdirilən 1268 mənzilli 2-ci yaşayış kompleksi, 1 nömrəli körpələr evi-uşaq bağçası və 1 nömrəli tam orta məktəbdə görülən işlərlə tanış olub. 

Prezident bundan başqa, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında da iştirak edib. Görülən işlər onu sübut edir ki, bir zamanlar “Qafqazın Xirosiması”, “Kabus şəhər” adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Əminəm ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək”.

S.Salmanova həmçinin əlavə edib ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar:

“Dövlət tərəfindən Azərbaycanın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərilir. İşğal dövründə Ermənistan tərəfindən dağıdılan, məhv edilən tarixi və dini abidələrimiz hazırda təmir-bərpa olunur, yenidən qurulur. 

Bu işlərə xüsusən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də mühüm töhfə verilir. 
Belə ki, Fond tərəfindən Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstü, Mehmandarovların malikanə kompleksi təmir olunub, Zəngilan məscidi tikilib, Ağdam Cümə məscidi isə bərpa edilib. 

Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir”.

Parlamentari bildirib ki, bir neçə gün sonra Xocalı soyqırımının 33-cü ildönümüdür:

“Faciənin 33-cü ildönümü ərəfəsində Prezidentin Xocalıya səfəri, rayonun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımız sakinlərlə görüşündə bildirdi ki, “Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi”. Soyqırımına məruz qalmış Xocalıya artıq həyat qayıdıb. İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib, kənddə 137 ev bərpa edilib və 60-a yaxın ev isə bərpa olunacaq”. 

Millət vəkili qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir:

““Böyük Qayıdış” proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimiz öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. 

Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. 

Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsini, əzmini, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see280

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see263

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see262

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see252

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see231

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see226

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see202

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see199

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see193

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see193

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see187

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see184

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see184

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see183

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see178

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see178

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see173

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see170

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri