Erməni politoloq: “Amerika bizim üzümüzə tüpürdü”
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan ABŞ üçün heç bir strateji maraq doğurmur.
Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ səfəri zamanı prezident Donald Trampla və dövlət katibi Marko Rubio ilə görüşə bilməməyinə münasibət bildirən politoloq bu uğursuzluğun günahını yanlış diplomatiyada görüb.
“Bizdə diplomatiya və professional diplomatlar yoxdur. Onlar sadəcə küçədən keçənlərdir və Vaşinqton kimi səfərlərin son dəqiqə planlaşdırılmadığından xəbərsizdirlər. Səfər zamanı keçiriləcək görüşlər, gediləcək yerlər və bu kimi digər mühüm məsələləri aylar öncədən düşünmək lazımdır. Bizim hökumət diplomatiya nədir bilmir, ona görə də bütün ümidlərini Bayden administrasiyasına bağlayan Ermənistan hazırkı ABŞ hökumətindən heç bir diqqət görməyib, kimsə onunla görüşməyib.
Biz ABŞ ilə strateji tərəfdaşlıq haqqında anlaşma imzaladıq, lakin onlar bizim üzümüzə tüpürdülər, bizim liderimizlə görüşmədilər. Hələ Paşinyanın andiçmə mərasiminə dəvət olunmamasından danışmıram. Gürcüstanın Prezidenti orada idi, lakin “demokratiya istəyirik”, “Qərbi istəyirik”, “Rusiyanı istəmirik” deyə səs-küy salan, rusları təhqir edən, Rusiya ilə münasibətləri korlayan Ermənistan lideri isə dəvətlilər siyahısında yox idi”, – deyə Xaçikyan qeyd edib. /globalinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 Fevral 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















