Icma.az
close
up
RU
Amerika İranı niyə vura bilmir?

Amerika İranı niyə vura bilmir?

Icma.az, Modern.az saytına istinadən bildirir.

İran alınmaz qaladır: 3 tərəfi dağ, 1 tərəfi okean
1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn İslam inqilabı baş verdi. İnqilabın lideri Ruhullah Musəvi Xomeyni İranı İslam Respublikası elan etdi və şiəlik dövlət səviyyəsində ideologiyaya çevrildi. İnqilab Məhəmməd Rza şah Pəhləvinin ABŞ-la çox isti münasibətdə olmasından qaynaqlanıb. Cənab Xomeyninin gəlişindən dərhal sonra şah dönəmində Amerikaya aşırı səviyyədə dost olan İran Amerikanın ən qatı düşməninə döndü.
“Amerikaya ölüm!” elə o vaxtdan İranda ən çox səsləndirilən şüar oldu. 1979-cu il noyabrın 4-də “İmamın yolçuları” adlanan bir qrup iranlı tələbə Vaşinqtonun Tehrandakı səfirliyinin 66-sı ABŞ vətəndaşı olmaqla 99 əməkdaşını girov götürdü. Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb edirdilər. Elə o vaxtdan da ABŞ-la İran arasında münasibətlər gərgindir.
Hər il noyabrın 4-ü İranda "Qlobal İmperializmlə Milli Mübarizə Günü" keçirilir. 1981-ci ildən isə ABŞ-la İran arasındakı diplomatik münasibətlər kəsilib. Demək olar ki, hər gün Qərb mediasında Amerika-İran düşmənçiliyini özündə əks etdirən xəbərlərlə üzləşirik. Məsələn, elə bu gün olan bir neçə xəbərə nəzər salaq.
“Reuters” xəbər yayıb ki, İranın ali lideri Əli Xamenei cümə günü deyib ki, Tehranın regionda heç bir vəkil gücü yoxdur və İranın dəstəklədiyi qruplar müstəqil fəaliyyət göstərir. ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın Yəməndə dəstək verdiyini Husi qruplaşması tərəfindən həyata keçirilən istənilən hücuma görə Tehran məsuliyyət daşıyacaq. Agentlik onu da qeyd edir ki, İranın ali lideri Vaşinqtonu növbəti dəfə hədələyib: “Amerika bilməlidir ki, İrana müdaxilə etsə, qulağının dibindən şapalaq alacaq”.
Əlbəttə, dövlətlərarası münasibətlərin bu səviyyəyə enməsi təəssüf doğurur.
İkinci xəbər daha maraqlıdır. “Cbsnews.com”un məlumatına görə, Dövlət Departamentinin mətbuata bəyanatında deyilir ki, Emily Liu 3 əməkdaşı ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli şirkətlərə ABŞ elektron komponentlərini ötürüb. Mal isə Cinə çatmalıymış. Dron istehsalında gərəkən həmin komponentlərdən İran istifadə edib. Federal Təhqiqat Bürosu bu xanımı axtarır. ABŞ rəsmən bu xanımın həbsinə yardım üçün 15 milyon dollar mükafat elan edib.
“The Times Of Israel” isə yazır ki, İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer Amerika rəsmiləri ilə Vaşinqtonda görüşəcək. Görüşdə İranın nüvə proqramı, ABŞ-İran danışıqları kimi məsələlər müzakirə olunacaq. Orta Şərqdə olan gərginliyə baxmayaraq Amerika İranı vurmur. Daha doğrusu vura bilmir. Niyəsini isə mütəxəssislər belə izah edir: Nüvə silahı əldə etməyə cəhddə suçlanan İranın coğrafi baxımdan böyük üstünlüyü var. Bütün böyük şəhərlər ölkənin şimalında yerləşir və hərbi hissələri oraya aparıb çıxarmaq müşkül məsələdir. İran ərazi baxımından nəhəngdir, dünyanın 17-ci ən böyük ölkəsidir. Onun sahəsi 1 milyon 684 min kvadrat kilometrdir. Bu o deməkdir ki, onun ərazisi Fransa, Almaniya, Hollandiya, Belçika, İspaniya və Portuqaliyanın - Qərbi Avropanın birləşmiş ərazilərindən daha böyükdür. Təqdim olunan xəritələrdə biz bu böyüklüyü görmürük.
Ancaq bu, reallığı dəyişmir. ABŞ İranı vurmaq istəyir. Bu, birmənalıdır. Məsələn, “The Jerusalem Post” yazır ki, D.Tramp İrana 2 ay vaxt verib. İranın ali lideri Əli Xameneiyə məktubunda yeni nüvə sazişinin əldə edilməsinin vacibliyi vurğulanıb.
“Prezident Tramp öz məktubunda Ayətullah Xameneiyə İranın nüvə proqramı ilə bağlı mübahisəni diplomatik yolla və çox tez bir zamanda həll etmək istədiyini bildirib. Bu mümkün olmasa, mübahisənin həllinin başqa yolları olacağını söyləyib. Bu müddət ərzində İran Amerika ilə anlaşmasa, hücum reallaşa bilər”.
Qəzet onu da bildirir ki, avropalılar da İrana xəbərdarlıq ediblər: İyun-iyul aylarına qədər razılıq əldə olunmasa, “bu ölkəyə əhəmiyyətli sanksiyalar dalğası tətbiq olunacaq”.
Gördüyünüz kimi, İran ətrafında çənbər getdikcə daralır. Hələ uzaq 2009-cu ildə Amerika prezidenti Barak Obama Vaşinqtonun İrana qarşı hava hücumları həyata keçirəcəyini bəyan etmişdi. Ancaq buna cəsarət etmədilər. Bəzi müşahidəçilər deyir ki, İranı bombalamaqla bu ölkəni nüvə silahı əldə etmək arzusundan çəkindirmək olmaz. Bunun üçün İranı işğal etmək və bu ölkədə Amerikapərəst rejim yaratmaq lazımdır. Bu isə son dərəcə çətin məsələdir.
Tez-tez belə bir sual ortaya çıxır ki, nədən Amerika İranı niyə vurmur? Bu suala müxtəlif cavablar var. Ən populyar cavab isə odur ki, İran şiə islamın bayraqdadırıdr. İranın vurulması şiəliyin ciddi şəkildə zəifləməsinə gətirib çıxara bilər. Bu isə yaşı əsrləri aşan sünni-şiə düşmənçiliyini gündəlikdən çıxarar. Qərb, xüsusi ilə ABŞ Yaxın Şərq siyasətini sünni-şiə düşmənçiliyinə istinadən həyata keçirir və bu amildən məharətlə yararlanır. Məsələn, ABŞ sünni körfəz ölkələrini İranla qorxudaraq, orada açıq şəkildə soyğunçuluq siyasəti yeridir.
Təəssüf ki, sünni və şiə müsəlmanlar arasında mövcud olan qarşıdurma hələ də Yaxın Şərqin siyasi və dini dinamikasını formalaşdıran mərkəzi xüsusiyyətlərdən biri olaraq qalır. Düşünün ki, Sələfiyyə məzhəbinin nüfuzlu alimlərindən olan Əhməd Təqiyyəddin Əbu əl-Abbas ibn Əbdülhalim ibn Teymiyyə hələ XIII əsrdə yazır ki, şiələr yəhudilərdən, xristianlardan və bütpərəstlərdən daha azğındır. Şiələr səlib döyüşçüsü və monqol kimi bir şeydir. Ən pisi odur ki, VII əsrdən başlayan sünni-şiə ayrımçılığı XXI əsrdə daha radikal forma alıb. Və Qərb bu amildən öz maraqları naminə məharətlə yararlanır.
Kiçik bir haşiyə çıxaraq deyim ki, 1618-1648-ci illərdə Avropada Otuzillik müharibə baş verdi. Katoliklərlə protestantlar arasında qığın oldu. O vaxt təkcə Almaniyada 8 milyona yaxın protestant öldürüldü. Fransada katoliklər o qədər protestant öldürüb Sena çayına atmışdı ki, çayın axarının qarşısı kəsilmişdi. Yaşadığım İsveçrədə elə kantonlar var ki, katolik-protestant qırğınına görə iki yerə bölünüb. Kantonun yarısında katoliklər, digər yarısında isə yalnız protestantlar yaşayır.
XX əsrin əvvəllərində Hollandiyada katolik və protestant olan ər-arvad dünyadan köçüb. Ancaq onların eyni qəbiristanlıqda dəfn olunmasına belə imkan verməyiblər. Bəli, Qərb də dini ayrımçılığın ən iyrənc formasını yaşayıb. Ancaq bu dövr çoxdan arxada qalıb.
Nə yazıq ki, İslam dünyası hələ də bu problemin aradan götürülməsinə nail olmayıb. Ona görə də Qərb ölkələri bu amildən məharətlə İslam Dünyasına qarşı məharətlə istifadə edirlər.
Bəli, Amerikanın hərbi gücü ağlasığmaz dərəcədə yüksəkdir. Ona görə də amerikan ordusu İraqı və Əfqanıstanı asanlıqla işğal etdi. Ancaq İran adıçəkilən ölkələrdən qat-qat güclüdür. Amerika İranda elə asanlıqla qələbə əldə edə bilməz. Bir önəmli məqam da var: İran şiə ideologiyasına söykənən ölkədir. Yəni ideoloji baxımdan böyük gücə sahibdir. Mütəxəssislər deyir ki, İran bir alınmaz qaladır. Təbiət ona belə bir üstünlük verib. Belə ki, İran üç tərəfdən dağlarla əhatə olunub, dördüncü tərəfdə isə okean yer alır.
Nəzəri baxımdan İranın mərkəzindəki boş çöllərdən keçib bu ölkəni fəth etmək olar. Ancaq bu, Amerikaya son dərəcə baha oturar. Amerika ordusu böyük itkilər verə bilər ki, bu da amerika xalq tərəfindən hiddətlə qarşılanar. Okeandan İrana girmək son dərəcə təhlükəlidir. Fars körfəzinə daxil olmaq isə Amerika donamasını çıxılmaz vəziyyətə sala bilər. Çünki burada xeyli balaca ada var, sahillər girintili-çıxıntılıdır. Yəni Amerika donamasının manevr imkanları ciddi şəkildə zəifləyir, bu azmış kimi, Amerikanın hərbi gəmiləri İran üçün asan nişangaha çevrilirlər.
Ancaq başqa variantlar da var. Məsələn, Amerika İraq, Türkiyə, Azərbaycan, hətta Ermənistan üzərindən bu hücumu təşkil edə bilər. Bəllidir ki, 2003-cü ildə İraqa girmək istəyən Amerikaya NATO-dakı müttəfiqi Türkiyə öz üzərindən keçid vermədi. Amerika qoşunları İraqdan da İrana keçə bilməz. Çünki İraqda hələ İran güclü mövqelərə malikdir. Balaca Ermənistan bu işə heç vaxt razı olmaz. Azərbaycanın da belə bir işə razılıq verməsi mümkünsüz görünür.
O da bəllidir ki, İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) Amerika ordusunun Fars körfəzindən və Hind Okianından hücumunun qarsısın alınması üçün xüsusi plan işləyib hazırlayıb. İranın hərbi doktrinasında “Mozaika müdafiəsi” adlı xüsusi plan var. Bu plan işğalçılara qarşı İran coğrafiyasının verdiyi üstünlüklərdən məharətlə yararlanmaq düşüncəsinə söykənir.
Elbəyi Həsənli. Sürix
Yazı Qərb mənbələrinə istinadən hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Mart 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see224

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri