Amerika səfirinin sabiq sürücüsü özünü təqsirli bilmir Məhkəmə işi
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Azərbaycandakı səfirliyininl əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən ifadə verib.
"Mən Amerika səfirliyi əməkdaslarının evlə təmin olunması ılə bağlı fəaliyyət göstərmişəm. 1997-ci ildə səfirin sürücüsü olmuşam.2003-cü ildən dən 2018-ci ilə dək işləmişəm. Mənə verilən ittihamla heç bir əlaqəm yoxdur. İşlədiyim vaxt ərzində evlərdə 70 dən çox amerikalı ailə yaşayıb.
Mən öz xahişimlə işdən çıxmışam. Səfirlikdə çalışanlara "green cart" verirdilər. Mən Amerikaya getsəydim bunlar da baş verməyəcəkdi.Bu vaxt ərzində xəstəlik tapmışam. Mənim gündəlik həftəlik aylıq hesabatlarım olub. Mən özümü təqsirli bilmirəm".
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyət olduğunu bildirib.
Növbəti məhkəmə prosesi yanvarın 19-na təyin olunub.
İttihama görə, Rafiq Göyüşov Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən “Turkish Red Bricks” yaşayış kompleksində diplomatik korpusun işçilərinə kirayə mənzillərin tutulması və avtomobillərin parklanması üçün əlavə ödənişlərin həyata keçirilməsinin zəruriliyini səfirliyinin aidiyyəti vəzifəli şəxslərinə bildirib, onları aldadıb. O, inam yaratmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Azər Səmədovu səfirlik əməkdaşlarının yaşadığı yaşayış binalarında təsərrüfat və digər bu kimi işlərdən məsul olan şəxs kimi təqdim edib. Əldə olunan pullar Səmədovun bank hesabına köçürülüb.
İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfir və digər diplomatların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.
Qeyd edək ki, Rafiq Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.
Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Seymur Əli
Baxış sayı:81
Bu xəbər 22 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















