Amirdən “Bye Bye” !
Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
“Səs Azərbaycan” iştirakçısı, müğənni və bəstəkar Amir Paşayev yeni mahnısını təqdim edib.
OLAY yazır ki, “Bye-Bye” mahnısının sözləri və musiqisi Amir Paşayevə məxsusdur.
Yeni mahnı Amirin daha əvvəl təqdim etdiyi “Fırlatdım Atdım”ın davamı kimi diqqət çəkir. Bu dəfə isə söhbət geridə qalan münasibətdən və həmin münasibətə qoyulan son nöqtədən gedir.
Klip üçün saçlarını mavi rəngə boyayan Amir Paşayev dörd fərqli obrazla cəsarətli geyim tərzi ilə steriotiplərə meydan oxuyur.
“Bye-Bye” xəyanət, manipulyasiya və səhvlərini qəbul etməyən bir insanla yaşanan münasibətin yaratdığı hisslərdən bəhs edir. Mahnının əsas xətti isə ayrılıqdan çox, insanın özünü həmin münasibətin ağırlığından azad etməsi üzərində qurulub.
Nəqaratda səslənən “Bye-Bye” da məhz bu mənanı daşıyır geriyə baxmamaq və yoluna davam etmək.
Layihənin musiqi prodüseri və rəhbəri də Amir Paşayevdir. Səs uzlaşmasını GEE WRLD həyata keçirib. Mahnının vizual işinin rejissoru Farhad Ali, assistenti Ramiz Nağıyevdir. Stil üzərində Hüseyn İrzayev və Fərhad Bəylərov çalışıb.
“Bye-Bye” artıq bütün musiqi platformalarında dinləyicilərin ixtiyarındadır.
Baxış sayı:87
Bu xəbər 21 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















