Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Amma yenə də Sakuralar çiçək açır...

Amma yenə də Sakuralar çiçək açır...

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Fudzinin Çəhrayı Yuxusu: Sakuranın İzində

Yaponiyanı görməmişəm. Lakin bu ölkənin tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında o qədər oxumuşam ki, bəziləri məni az qala "yaponşünas" sanardılar. Ata evimizdə Yaponiya ilə bağlı çox kitab var idi. Sonralar anladım ki, "Günəşin doğuldu ölkəyə" aşiq olmaq üçün əslində bir kitabı – Vsevolod Ovçinnikovun Sakura budağı kitabını oxumaq kafidir.

O əsəri oxuduğum gündən sakuranın çiçək açmasını – o gözəlliyi canlı-canlı görmək istəyirəm. Sanki bahar bir sabah sakit-sakit gəlir, torpağın üstündəki bütün ağaclara pıçıltı ilə "vaxtıdır" deyir. Və o an dünya birdən-birə çəhrayıya bürünür. Təbiət özünün ən zərif şeirini yazmağa başlayır...

Sakura, yəni yapon albalısı bir ağacdan daha çox bir mövsümün nəfəsidir. Onun ləçəkləri o qədər incədir ki, külək əsəndə sanki havada çəhrayı qar yağır. Ağacın altında duran adam başını qaldıranda göyüzünü yox, çiçəklərdən ibarət bir səma görür.

Uzaqda isə buludların içindən sakit və əzəmətli bir dağ yüksəlir: Fudziyama. Yaponların "Fudzi-san" dediyi o dağ, onlar üçün səbrin, sabitliyin və hüzurun rəmzidir. Onun zirvəsi çox vaxt qarla örtülü olur; sanki buludların içindən doğulmuş kimi görünür. Çəhrayı sakura dənizi ilə ağ qar zirvəsinin bu görüşü bəlkə də təbiətin yaratdığı ən zərif kontrastdır.

* * *


Yapon mədəniyyətində sakura sadəcə gözəllik deyil, həyatın keçici olmasının simvoludur. Çiçəklər çox az yaşayır: bir neçə gün, bəzən bir həftə, sonra sakitcə yerə tökülürlər. Yaponlar bu anı dərindən yaşayırlar. Buna Hanami — "çiçəklərə baxmaq" deyirlər. Ailələr, dostlar sakura ağaclarının altında oturur, çay içir, bu gözəlliyi seyr edirlər. Çiçəklərin tez solacağını bilirlər; amma məhz buna görə bu an onlar üçün qiymətlidir.

Ləçəklərin küləklə rəqs edərək yerə tökülməsinə tamaşa etmək əslində həyatın faniliyini qəbul etmək və bu gözəlliyin hər saniyəsindən zövq almaqdır. Bəlkə də yapon estetikasının ən dərin kəşfi budur: gözəllik əbədi olmadığı üçün gözəldir.

Fudzi isə bunun əksidir. Sakura keçici, Fudziyama isə min illərin ehtişamıdır. Birində zamanın zərafətidirsə, digərində əzəmətidir. Bu iki obraz birlikdə yapon ruhunu yaradır: keçici gözəllik və əbədi əzəmət.

* * *

Böyük hayku ustası Matsuo Başo bir şeirində "çiçəklər düşərkən sanki baharın ürəyi tökülür yerə " demişdi. Bu sadə, lakin dərin hiss yapon poeziyasının ruhunu daşıyır.

Başo sakura ağacını keçmişlə gələcək arasında bir körpü kimi görürdü: "Nə qədər xatirə oyatdı, baxdığım bu sakuralar..." Bu misralar sakuranın sehrini necə də gözəl ifadə edir. Sakura hər il eyni şəkildə çiçəkləsə də, hər bahar bizə keçib getmiş günlərimizi, itirdiyimiz və qazandığımız hissləri xatırladır.

Kobayaşi İssa sakuranın zərifliyi qarşısında duyduğu heyranlığı belə dilə gətirmişdi: "Dünya bir cəhənnəmdir, amma sakuralar yenə də çiçək açır..."

Ağ rəngli zirvə,

çəhrayı qar tökülür –

zaman dayandı.

İnsanoğlu həmişə qalıcı olanın yanında faninin dəyərini anlamağa çalışır. Yaponlar bunu min illərdir yaşayırlar: çay mərasimlərindəki o diqqət, şeirlərindəki fəlsəfi dərinlik, təbiətə olan ehtiramın kökündə məhz bu tarazlıq dayanır. Sakura çiçəkləyəndə bütün Yaponiya nəfəsini tutur, hər kəs bir an dayanır və həyatın nə qədər qiymətli olduğunu xatırlayır.

O anı yaşamaq, o küləyin gətirdiyi çəhrayı ləçəklər içindən Fudzi dağına baxmaq insanın öz daxili dünyası ilə barışması, kainatın bir parçası olduğunu hiss etməkdir.

Bir şeydən əminəm: orada olsam, o an "Mono no avare" – sakuranın fəlsəfəsini yaponlar kimi bütün varlığımla hiss edərəm. "Mono no avare" əşyaların, anların faniliyindən doğan incə qəm və heyrət hissidir. Sakuranın çiçəkləməsi insanın ruhuna bir güzgü tutur: çiçək nə qədər gözəl olsa da bir o qədər tez solur. Lakin bu solmaq onu daha qiymətli edir. Məhz elə buna görədir ki, Yaponiyada sakura mövsümü bayram deyil, meditasiyadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Aprel 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri