Badam ağacı tez çiçək açır…
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Ölkə Prezidentinin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi milli-mədəni irsimizin qorunması və davamlı inkişaf prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs Azərbaycan şəhərsalma və memarlıq ənənələrinin tarixi dəyərini ön plana çıxararaq, təbiət və mədəni irsin vəhdətini daha da gücləndirir.
Bu günlərdə Ağstafadakı “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə Ceyrançöldə, “Keşikçidağ” qoruğunun informasiya mərkəzində təşkil olunan ağacəkmə aksiyası böyük razılıqla qarşılanıb. Aksiya zamanı qoruq əməkdaşlarının iştirakı ilə 300-dən çox badam tingi əkilib.
Əslində bu cür təşəbbüslər ekoloji dəyər yaratmaqla yanaşı, mədəni irsin qorunmasına məsuliyyətli yanaşmanın və tarixlə müasirliyin uzlaşdırılmasının real nümunələrindən biridir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Ağstafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 Fevral 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















