Icma.az
close
up
RU
Çiçək açan ulduzlar

Çiçək açan ulduzlar

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Əgər sən uzaq ulduzlarda bitən çiçəyi sevirsənsə, gecə göyə baxmaq xoş olur

"Bu gecə il tamam olur. Mənim ulduzum bir il bundan qabaq düşdüyüm yerin üstündə dayanacaqdır". Ekzüperinin "Balaca şahzadə"sindən olan bu cümlə ilk baxışda çox sadə görünür. Onun dərin mənasını isə elə "Balaca şahzadə"nin sözləri ilə ifadə edə bilərik: "Hər kəsin öz ulduzu var" və "ürəyi ilə görə bilən"lərin dostları heç vaxt bu dünyanı tərk etmir, ulduzlara çevrilir. İndi isə bu nağıldan xəbərdar olanların beynində belə bir fikir dolaşır: "Niyə ulduzlara çevrilir, çiçəklərə deyil?!" "Balaca şahzadə" marağı ilə düşündüyümüz bu sualın cavabını da o özü deyir:

 "Coğrafiyaşünas:

 –Biz çiçəkləri qeydə almırıq, –dedi

–Nə üçün?! Çiçək ən gözəl şeydir.

–Çünki çiçəklər müvəqqətidir.

 –Bəs "müvəqqəti" nə deməkdir? – deyə Balaca şahzadə soruşurdu, o bir söz soruşanda cavab tapmamış sakit olmurdu.

–Bu o deməkdir ki, həmin şey tezliklə yox olmalıdır."

Sehrli nağıllarla bizi böyüdən dostumuz bu dünyada var olduğu müddətdə biz onun çiçəyi, itirdikdən sonra isə o bizim ulduzumuz olur. Biz onun üçün bu dünyada ən dəyərli çiçək oluruq:

"Gülün sənə bu qədər onun üçün əzizdir ki, bütün ürəyini ona vermisən".  Dostumuzun bizə olan "Ana, qurban " müraciətinin səbəbini də elə "Balaca şahzadə"miz  bizə xatırladır :

"–Siz gözəlsiniz, ancaq içiniz boşdur. Sizin yolunuzda ölmək istəməzsən. Əlbəttə, təsadüfi bir yolçu mənim gülümə baxıb deyər ki, o da eynən sizin kimidir. Lakin o təkbaşına sizin küllünüzdən mənə əzizdir. Axı mən hər gün sizi deyil, onu suvarırdım. Sizi deyil, onu şüşə örtüklə örtürdüm".

Həm də həyatımızın hər anında həmin dostumuzun bizimlə olduğunu yada salır Balaca şahzadə: "Mən onun necə şikayətləndiyini, necə lovğalandığını eşidirdim, o susanda belə ona mən qulaq asırdım, diqqətim onda olurdu . O mənimdir".

Uşaqlıq dostumuzun ulduzlara çevrilmədən əvvəl bizə qoyduğu ən gözəl hədiyyə isə bu olur:

"–Əlvida! Mənim sirrim budur, o çox sadədir: təkcə ürək iti görəndir. Ən əsas şeyi gözlə görə bilməzsən."

Ekzüperi "Və mən onu unutmaq üçün haqqında nağıl etməyə çalışıram" deyərək dostunu yad edirdi. Mən isə onu unutmamaq deyil, yaşatmaq üçün bu nağılları bir-birinə dost etdim. "Balaca şahzadə"nin dili ilə desək, onun sadəcə rəqəmlərlə deyil, sevgi və təbəssümlə xatırlanması üçün:

" –Ən əsas şey gözlərinlə görmədiyindir... –dedi

–Əlbəttə...

–Çiçək kimi. Əgər sən uzaq ulduzlarda bitən çiçəyi sevirsənsə, gecə göyə baxmaq xoş olur. Bütün ulduzlar çiçək açır "

Müəllif: Günel Natiqqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 Yanvar 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri