Icma.az
close
up
RU
Amneziya yaddaş və xatirələrin itirilməsi

Amneziya yaddaş və xatirələrin itirilməsi

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amneziya yaddaş və xatirələrin itirilməsi halıdır, tam və ya hissəvi olmaqla amneziya iki formada müşahidə edilir.

Hissəvi anmeziyada yaddaş tam itirilmir və bulanıq obrazlar, hadisələrin kiçik hissələri saxlanır, lakin baş verənlərin fəza-zaman ölçüsü unudulur. Yaddaşın hansı mərhələsinin itirilməsindən asılı olaraq retroqrad, retroanteqrad, anteqrad və retard formaları ayırd edilir. Retroqrad amneziya – xəstəlikdən və ya travmadan əvvəlki xatirələrin unudulması ilə xarakterizə olunur. Anteqrad amneziyada huşsuz vəziyyətdən ayılandan sonra hadisələrin yaddan çıxması baş verir. Retroanteqrad forma isə bunların kombinasiyası şəklində təzahür edir. Retard amneziyada xatirələr huşun itirilməsindən dərhal sonra deyil, müəyyən zaman keçəndən sonra itirilir.

İnkişaf tempinə və formasına görə reqressiv, stasionar və proqressiv formalara bölünür. Reqressiv amneziyanın əsas xüsusiyyəti yaddaşın qeyri-müəyyən zaman kəsiyində bərpa olunmasıdır. Stasionar amneziyada həyatda baş verən olan bəzi hadisələr dayanıqlı şəkildə unudulur. Proqressiv forma daha ağır gedişi ilə seçilir və yaddaş bugündən keçmişə doğru silinir. Yaxın vaxtlarda baş verənlər yadda qalmır, xatirələrin zaman bölgüsü pozulur, onların emosional rəngi getdikcə solğunlaşır və xatırələr tam yox olur. Uşaq və yeniyetmə yaşlarının xatirələri və təcrübi vərdişlər daha aydın şəkildə uzun müddət saxlanır.

Amneziyanın ehtimal olunan səbəbləri

Dissosiativ amneziya – yaxın zamanlarda baş vermiş vacib hadisələrin, şəxsi həyata aid faktların itirilməsidir ki, bu zaman bütün digər xatirə və bacarıqlar saxlanır. Əksər hallarda psixi travmalar, tragik hadisələr, yaxınlardan birinin itkisindən sonra yaranır. Vacib məqamlardan biri budur ki, amneziyanın bu formasında beyində heç bir üzvi dəyişiklik, intoksikasiya əlamətləri və ya hədsiz yüklənmə olmur. Yaddaşın belə itirilməsi  xəstə ayıq olduğu zaman özünü göstərsə də, hipnoz altında hadisələrin gedişi bərpa olunur.

Posthipnotik amneziya – hipnoz seansı zamanı baş verənlərin xatırlanmaması halıdır.

Dissosiativ fuqa – psixogen amneziyadır, xəstənin psixi travma və ya ekstremal situasiyadan qaçma istəyi ilə izah olunur. Xəstə doğrudan da yaşadığı və işlədiyi yerdən uzaqlaşaraq bir neçə saat, bir neçə gün, bəzən isə daha uzun müddət bütün tərcümeyi-halını unudur. Sonra birdən-birə hər şeyi xatırlayıb fuqa müddətində baş verənləri unuda bilir.

Amneziya bəzən baş beyin xəstəliyinin tək əlaməti ola bilər. Xəstə itirilmiş xatirələrin yerini yalançı xatirələrlə – konfabulyasiyalarla doldura bilir və ya onları təhrif edir – bu, hal paramneziya adlanır.

İnsult, kəllə-beyin travması, herpetik ensefalit, intoksikasiyalar, metabolik ensefalopatiyalar, baş beynin degenerativ xəstəlikləri, şişləri, psixi xəstəliklər, epilepsiya və emosional şok amneziyaya səbəb ola bilər.

Beynin yaddaş funksiyasını təmin edən əsas anatomik stukturlar – hipotalamus, məməyəbənzən cisimlər, mediodorzal nüvə, gicgah payları və alın payıdır. Mediobazal sistem yaddasaxlamanın, öyrənmənin, qavramanın və yeni informasiyanın fiksə olunmasının sürətini təmin edir. Yarımkürələrin qabığı uzunmüddətli yaddaşın saxlanma “anbarıdır”. Badamabənzər cisim, beyincik və beyin qabığı həmçinin prosedur yaddaşa da cavabdehdir. Yaddaş beynin xolinergik, noradrenergik, serotoninergik və dofaminergik sistemləri tərəfindən idarə olunur. Həmin strukturlardan istənilən birinin zədələnməsi amneziyanın yaranmasına səbəb olur.

Diaqnoz

Amneziyadan şikayət edən bütün xəstələr elekrtoensefaloqrafiya, maqnit-rezonans tomoqrafiya, kompüter tomoqrafiyası, qanın müayinəsi, biokimyəvi və toksikoloji müayinələrdən keçməli, nevroloqun, psixiatrın və narkoloqun baxışı aparılmalı, testlər vasitəsilə yaddaş funksiyaları qiymətləndirilməlidir. Xəstə yaddaşının nə dərəcədə itirməsini obyektiv dəyərləndirə bilmədiyi üçün ətrafında olan yaxınlarının, iş yoldaşlarının və qohunlarının diaqnozun qoyulmasında böyük yardımı olur.

Müalicə

Yaddaşın mexanizmləri çox mürəkkəb olduğundan itirilmiş xatirələrin bərpası da problemli məsələdir. Amneziyanın müalicəsi əsas xəstəliyin sağaldılmasına və neyropsixoloji reabilitasiyaya yönəldilir, müalicədə neyroprotektorlar, B qrupu vitaminləri, ginkqo-biloba preparatları və antioksidantlardan istifadə olunur. Ginkqo-biloba bitkisi əsasən iki formada təyin olunur:

Dəmləmə: 1 çay qaşığı xırdalanmış quru yarpaq termosa tökülür, üzərinə 1 stəkan qaynar su əlavə olunur. 2 saat dəmləndikdən sonra süzülür və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1/3 stəkan içilir.

Cövhər: 50 qram quru yarpağın üzərinə 500 ml 40 faizli spirt əlavə olunur, 2 həftə qaranlıq və sərin yerdə dəmlənir, hər gün çalxalanır. Gündə 3 dəfə yeməkdən əvvəl 20 damcı qəbul edilir.

Serebratea çayı: ginkqo-biloba, yapon soforası və s. kimi bitkilərin qarışımından hazırlanmışdır. Beyin qan dövranını yaxşılaşdırmaq, beyin damarlarının elastikliyini artırmaqla yanaşı sinir hüceyrələrini qoruyur, yaddaşın bərpasına yardım edir və onu möhkmələndirir.

Ginkqo-biloba ilə müalicə xəstənin vəziyyətindən asılı olaraq 1-2 ay müddətində aparılır.

Yaddaş pozulmasının profilaktikası

Yaddaş pozulmasının qarşısını almaq üçün sağlam həyat tərzi ən vacib şərtdir. Alkoqollu içkilər, dərman preparatları və narkotik maddələrdən uzaq durmaq, yuxu rejimini gözləmək, fiziki cəhətdən aktiv olmaq, piyada gəzmək, tam rasional qidalanmaq və ən əsası isə yaddaşı daim məşq etdirməklə buna nail olmaq mümkündür.

Beynin normal fəaliyyətini təmin etmək üçün müxtəlif növ qidalar vacibdir – mal əti, yağlı balıq sortları, yağsız süd və süd məhsulları, yumurta, qarabaşaq və yulaf sıyıqları, sərt buğda unundan hazırlanmış makaron məmulatları, təbii bal, meyvə və tərəvəzlərdən kartof, pomidor, brokkoli kələmi, ispanaq, banan, şaftalı, armud, alma, qaragilə, həmçinin sarıkök, darçın, cirə, tünd şokolad və qoz sinir sistemi üçün faydalıdır.

Mənbə: Herba flora jurnalı

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri