Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Şirin xatirələrin ölümsüzlüyü...

Şirin xatirələrin ölümsüzlüyü...

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tale qılıncını necə çəkdisə, bir ürək ikiyə bölündü. Səni sonsuz bir istəklə gözləyən anan kimi, qucağını necə də geniş açmışdı balaca məzarın. Bir dünyaya sığmayan balaca məzar daşındakı şəklinə baxanlar da könlünə, meylinə bələd olurlar. O gülgün gözlərindən də sənin şirinliyini duyanlar az deyil. Kaş ki, yerimizi dəyişə biləydik...

Tanrıdanmı gəldi bir belə ahəng? Bəzədi ömrümü qüssə də rəng-rəng. Səndən sonra hər gün sinəm üstə dil-dil ötən sazım susdu. Sənə şirin layla çalan bulaq gözlü anan gecə-gündüz çeşmə-çeşmə çağlayır. Divardan asılan qara donlu sazım indi daha yanğılı ağlayır.

Sən gedəndən gözlərimizin biri güldü, biri ağladı. Anan qara bağladı. Ağaran saçlarımın hər telində duyuram həsrətini. Səni düşündükcə haldan-hala düşürəm. Hər gün qulağımda səslənən dərdli bir türkünün ən incə nəqaratındasan:

Çarəsiz dərdimə dərman bulmadım,
Səndən sonra bir gün mutlu olmadım.

Həyat mənə nə veribsə, ona qane olmuşam. Var-dövlət könül açsa da, balanın yerini verməz, bala bal dadır. Mənəvi iztirablar adamı içdən öldürür. Sən doğulandan ömrün ömrümüzə calanmışdı. Nəvaziş gözləyən şehli güllər kimi həyatımız şirin qayğılarla doldu. Balaca varlığınla, yaz qoxulu nəfəsinlə, gülüb ağlamağınla atalı-analı dünyanı işıqlandıran bir ulduz idin. 3 oğul atası olmaq səadəti bəxş etmişdin mənə.

3 qardaş 3 sacayağının üstündə yanan ocağımız kimiydiniz. Sizin işığınıza pərvanə işığa yığışan kimi yığışırdıq. Evimizin çırağı daha da gur yanırdı. Qardaşlarınla birgə üzü Günəşə doğru qaçdığınız günlər nə bəxtəvər idik? Ürəyimdə yatıb-durub oyanırdınız. Sizə baxırdım, qönçə-qönçə arzularım gül açırdı. O fərəhli günlərin gündüzündə ürəyimdə uşaqlıq sevinci dil açırdı. Gecələr təzə doğulmuş Ay, göy üzündə sayrışan ulduzlar həyətimizə nur saçırdı. Həyatımız da, həyətimiz də elə nurlu idi ki...

Ömrümə-günümə əzəli, əbədi nur paylayarkən sən uçub getdin. Ən dadlı xatirələrlə, ən bakirə duyğularla ayrıldın bizdən:

Tanrı istədi, verdi,
Səni verənə qurban.
İndi səni görmürəm,
Səni görənə qurban.

Səndən sonra axan sularımız da qurudu. Könül quşlarımız uçub qürbətə getdi. İndi səmtini azan durnaların günündəyik. Yaş yetmiş, ömür bitmiş. Anan da, mən də ömür macalının son vədəsindəyik. Son ümid son yarpaq kimidir, oğul! Son ümidimiz son yarpağın gözündə yaşa döndü.

Elə hey səndən ötrü burnumun ucu göynüyür. Bir zamanlar sənə oxuduğum nəğmələri indi çöllərin quşuna, dağların daşına oxuyuram. Adına yazdığım nəğmələr, şeirlər birmi, beşmi?! Duyğularla dilləşəndə, yerlə, göylə əlləşəndə sənə şeir yazıram:

Güllər könülsüz açılmaz,
Yılmaz, başına dönüm!
Yaşıl otlar yaz gecəsi
Solmaz, başına dönüm!
Oğul atasından qabaq
Ölməz, başına dönüm!
Ürək yanar, göz ağlayar,
Gülməz, başına dönüm!
Nə boyunu öyə billəm,
Nə nağıllar deyə billəm,
Nə ağılar deyə billəm –
Lalam başına dönüm!
Balam, başına dönüm!
Yana-yana ürəyimi dağladım,
Şəklini bağrıma basıb ağladım,
Asdım sinəm üstən ürək yerinə,
Gəlmişdin dünyaya mələk yerinə...

Bu sədəf düzümlü zərif, kövrək, dərd-ələmli misralar yazıldıqca qəlbimə od salır, məni məndən alır. Bəlkə, yazmaq da bir təsəllidir. Yazıram ki, bəlkə, rahatlıq tapım. Şirin xatirələrini ölümsüzləşdirən nisgilli və təsəllisiz kiçik dünyanı xəyalıma gətirdikcə nəğməyə dönüb, elə hey qulağımda səslənir...

İçim özümü yandırır, çölüm özgəni...

Qəmdən xəbərsiz olan hansı könül sahibi dərdi duya bilər ki?! Vaqif Səmədoğlu demiş: Özgə dərdi uzaq ulduz kimidir – işığı çatır, istisi yox.

O sənli günləri necə qaytarım? Səni necə ürəyimdən qoparım?! Sən bir taleyin xəyalagəlməz cilvəsinə bax!.. Məzarın üstündə açan güllərdən bəllidir bəxtiyarlığın. Sən bu dünyada çatmadığın arzularına haqq dünyasında çatdınmı, oğlum?!

Dünyanın işi belədir, oğlum. Gedənlərin yeri dolmur... Sənin kiçik həyatının bircə səhifəsi də bu dumanlı dünyanın kölgələri içərisində unudulmur. Son baharda çiçəklər solsa da, xoş diləklər solmur, Yılmazım, solmur... Sənə qovuşmaqdan özgə nə diləyim var ki...

Həzi HƏSƏNLİ,
şair-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri