Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Amnistiya təşəbbüsü

Amnistiya təşəbbüsü

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, milli suverenliyin möhkəmləndirilməsi və insan hüquqlarının etibarlı təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət müasir dövlətçilik modelimizin əsas göstəricilərindəndir. Prezident cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü də bu strateji siyasi xəttin məntiqi davamı olmaqla yanaşı, ölkəmizin hüquqi, siyasi və ictimai həyatında mühüm əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilir.

Müstəqil Azərbaycan dövlətinin möhkəm və sarsılmaz təməli Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi, uzaqgörən dövlətçilik konsepsiyası və xilaskarlıq missiyası nəticəsində formalaşmışdır. XX əsrin sonlarında mürəkkəb geosiyasi şəraitdə Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar Azərbaycan dövlətinin dağılmaq təhlükəsindən xilas edilməsinə, müstəqilliyin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət etmişdir. Məhz bu siyasi kursun mühüm nəticələrindən biri kimi qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsasını təşkil etmiş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun konseptual çərçivəsini müəyyənləşdirmişdir.

Konstitusiya yalnız hüquqi norma və mexanizmlər toplusu deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin fəlsəfi və ideoloji əsaslarını müəyyən edən ali sənəddir. Bu baxımdan Konstitusiyanın müddəalarının ölkənin bütün ərazilərində tam və birmənalı şəkildə tətbiq olunması suveren dövlət anlayışının əsas şərtidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Konstitusiyanın ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində təmin olunmuşdur. Bu tarixi nailiyyətlər “Konstitusiya və Suverenlik İli”nin məzmununu daha da dərinləşdirir və onun ictimai-siyasi əhəmiyyətini artırır.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizmdir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi, ədalət və mərhəmət prinsipləri dayanır. Bu humanist yanaşma yalnız sosial və iqtisadi sahələrdə deyil, eyni zamanda hüquq-mühafizə və cinayət-hüquq siyasətində də öz aydın ifadəsini tapır. Cinayətə görə cəzanın yalnız cəzalandırma deyil, həm də islah və tərbiyə məqsədi daşıması müasir hüquqi dövlət anlayışının əsas tələblərindən biridir.

Bu kontekstdə ölkə başçısının 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ümumbəşəri humanizm dəyərlərinə sadiqliyin, hüquqi balansın və sosial məsuliyyətin bariz nümunəsidir. Dövlət başçısı bu təşəbbüslə cəmiyyətə açıq mesaj verir ki, Azərbaycan dövləti öz gücünü yalnız sərt hüquqi mexanizmlərdə deyil, eyni zamanda mərhəmət, etimad və sosial ədalət prinsiplərində görür. Amnistiya cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanmaqla yanaşı, insanın islah olunmasına və yenidən cəmiyyətə inteqrasiyasına verilən yüksək dəyərin ifadəsidir.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları amnistiyanın əsas şamil olunduğu kateqoriyalar sırasındadır. Bununla yanaşı, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində mülki əhali arasında sağlamlığını itirmiş şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər sosial həssas qruplar da bu humanist qərardan yararlanacaqlar.

Eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutulur. Bu yanaşma cəzanın fərdiləşdirilməsi prinsipinin və hüquqi ədalətin təmin olunmasının mühüm mexanizmi kimi çıxış edir.

Qeyd edilməlidir ki, bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya olacaqdır. İlkin proqnozlara əsasən, ümumilikdə 20 mindən çox şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 5 mindən çoxu azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcək, minlərlə şəxsin isə cəzası azaldılacaq və ya cinayət məsuliyyətindən azad olunacaqdır. Bu statistika Azərbaycan dövlətinin humanist mahiyyətini və hüquqi islahatlara sadiqliyini açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın müasir tarixində amnistiya və əfv institutları ardıcıl və sistemli şəkildə tətbiq olunmuşdur. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilmiş, 71 əfv fərmanı və sərəncamı ilə on minlərlə məhkum əfv olunmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış əfv fərmanları və qəbul edilmiş amnistiya aktları bu humanist ənənənin əsasını qoymuş, Prezident cənab İlham Əliyev tərəfindən isə bu siyasət müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilmişdir. Eyni zamanda Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə irəli sürdüyü amnistiya təşəbbüsləri bu humanist xəttin institusional davamlılığını təsdiqləyir.

Nəticə etibarilə, cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi dövlət prinsiplərinə, milli suverenliyə və ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin parlaq ifadəsidir. Bu təşəbbüs dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə, sosial ədalətin təmininə və cəmiyyətin sağlam əsaslar üzərində inkişafına xidmət edən mühüm siyasi-hüquqi addım kimi tarixə düşür.

Akif Rəfiyev

Binəqədi rayon Ağsaqqallar Şurasının sədri, ədliyyə general-mayoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see531

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see359

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see281

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see271

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see269

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see255

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see245

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see229

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see226

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see223

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see222

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see217

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see216

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see209

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see208

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see206

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see203

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see198

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see196

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri