Deputat: “Amnistiya təşəbbüsü cəmiyyətin sağlamlaşmasına xidmət edir”
Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amnistiya təşəbbüsündə xüsusi yer ayrılan kateqoriyalar Azərbaycanın son illərdə keçdiyi tarixi yolun məntiqi davamı kimi dəyərləndirilməlidir. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə iştirak etmiş şəxslərə, şəhid ailələrinə və müharibənin ağır nəticələrini yaşamış vətəndaşlara göstərilən bu yanaşma dövlətin öz tarixi məsuliyyətini dərk etməsinin ifadəsidir. Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri zamanı göstərilən qəhrəmanlıq nümunələrinin amnistiya aktında ayrıca vurğulanması dövlət başçısının milli yaddaşa və tarixi ədalətə verdiyi önəmin göstəricisidir.
Qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, eləcə də ehtiyatsızlıqdan və az ağır cinayətlər törətmiş şəxslərə münasibətdə tətbiq olunan humanist yanaşma hüququn cəmiyyət üçün qoruyucu və bərpaedici, islahedici funksiyasını ön plana çıxarır. Bu addım həmin şəxslərin yenidən ictimai həyata qayıdaraq faydalı fərd kimi formalaşmasına real zəmin yaradır və cəmiyyətin sağlamlaşmasına xidmət edir.
Amnistiya aktının geniş əhatə dairəsi onun ölkə tarixində mühüm sosial hadisə kimi qiymətləndirilməsinə əsas verir. Minlərlə ailənin həyatına birbaşa təsir göstərəcək bu qərar penitensiar sistemdə yükün azalması ilə yanaşı, cəmiyyətdə sosial harmoniya, hüquqi sabitlik və dövlətə inam mühitinin möhkəmlənməsinə mühüm töhfə verir. Güclü dövlət modeli məhz bu cür qarşılıqlı etimad üzərində formalaşır.
Mahiyyət etibarilə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün yalnız siyasi və hərbi imkanlarla ölçülmədiyini, eyni zamanda mənəvi məsuliyyət, sosial ədalət və humanitar dəyərlər üzərində qurulduğunu təsdiqləyir. Dövlət başçısının bu müdrik qərarı balanslı və uzaqgörən idarəçilik nümunəsi kimi cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir.
Cavanşir Feyziyev, millət vəkili
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, eləcə də ehtiyatsızlıqdan və az ağır cinayətlər törətmiş şəxslərə münasibətdə tətbiq olunan humanist yanaşma hüququn cəmiyyət üçün qoruyucu və bərpaedici, islahedici funksiyasını ön plana çıxarır. Bu addım həmin şəxslərin yenidən ictimai həyata qayıdaraq faydalı fərd kimi formalaşmasına real zəmin yaradır və cəmiyyətin sağlamlaşmasına xidmət edir.
Amnistiya aktının geniş əhatə dairəsi onun ölkə tarixində mühüm sosial hadisə kimi qiymətləndirilməsinə əsas verir. Minlərlə ailənin həyatına birbaşa təsir göstərəcək bu qərar penitensiar sistemdə yükün azalması ilə yanaşı, cəmiyyətdə sosial harmoniya, hüquqi sabitlik və dövlətə inam mühitinin möhkəmlənməsinə mühüm töhfə verir. Güclü dövlət modeli məhz bu cür qarşılıqlı etimad üzərində formalaşır.
Mahiyyət etibarilə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün yalnız siyasi və hərbi imkanlarla ölçülmədiyini, eyni zamanda mənəvi məsuliyyət, sosial ədalət və humanitar dəyərlər üzərində qurulduğunu təsdiqləyir. Dövlət başçısının bu müdrik qərarı balanslı və uzaqgörən idarəçilik nümunəsi kimi cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir.
Cavanşir Feyziyev, millət vəkili
AzVision.az
Bu mövzuda digər xəbərlər:Amnistiya təşəbbüsü cəmiyyətin sağlamlaşmasına xidmət edir
17 Dekabr 2025 15:55
“Amnistiya təşəbbüsü böyük humanizm aktıdır,bu təşəbbüs bir daha təsdiq edir ki...“ Deputat
15 Dekabr 2025 18:54
Yeni amnistiya aktı vətəndaşları sevindirəcək Deputat
03 Fevral 2025 12:19
Azərbaycanda böyük Amnistiya ola bilər Deputat KONKRET
03 Fevral 2025 12:27
Deputat amnistiya və əhvetmə haqqında qanun qəbul etməyi təklif edir
20 Dekabr 2024 11:48
Baxış sayı:80
Bu xəbər 17 Dekabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















